Hər kəs bu ayəyə əməl etməsə dünyadan həsrətlə ayrılar
Mьəllif: admin1
Tarix: 14-09-2016, 09:17
Hər kəs bu ayəyə əməl etməsə dünyadan həsrətlə ayrılar
İmam Riza (ə) buyurur: Cəbrail (ə) Peyğəmbərə (s) nazil olaraq dedi: Ey Allahın rəsulu! Allah sənə salam yetirir və sənə buyurur:

“Oxu! Bağışlayan və Mehriban Allahın adı ilə. Bəzi zümrələri sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha baqidir (əbədidir).” (“Taha” surəsi, ayə 131)

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) səhabələrdən birinə buyurdu ki, bu xəbəri hər yerə yaysın: Hər kəs (bu ayəyə əməl etməklə) özünü Allahın ədəbi ilə zinətləndirməsə, ruhu həsrətlə dünyadan ayrılar.

Mənbə: “Fiqhur-Rza”, səh. 364.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930