Dörd nəfərin duası müstəcab olmaz
Müəllif: admin1
Tarix: 21-01-2021, 11:11
Dörd nəfərin duası müstəcab olmaz
İmam Sadiq (ə) buyurub: Dörd nəfərin duası müstəcab olmaz:

1. Evdə oturub Allahdan ruzi istəyən kişinin. O, dua edərkən belə cavab gələr: “Məgər Mən kəsb etməkdən ötrü çalışmaq göstərişi verməmişəm?!”

2. Öz arvadına nifrin edən kişinin. Ona da cavab verilər ki, talaqın ixtiyarı sənin əlində deyilmi?! (Bu o hala aiddir ki, onunla yaşamaq istəmir, talaq vermək əvəzinə ona nifrin edir.)

3. Öz mal-dövlətini aradan aparıb, sonra Allahdan ona ruzi verməsini istəyən kişinin. Onun da cavabında belə deyilər: “Məgər Mən sənə israfa yol verməməyini və malını islah etməyi bildirməmişdimmi?!”

4. Öz malını heç bir şahid olmadan borc verib şahidinin də onu inkar edənin. Ona da cavab verilər ki, məgər Mən şahid tutmaq göstərişi vermədimmi?!

Başqa bir hədisdə dördüncünün pis qonşusuna nifrin edən kəsin olduğu qeyd olunur. Halbuki, o, evini satıb ondan xilas ola bilər.nur-az.
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930