10 yaşlı İmam Cavadın (ə) dövrün ən böyük alimi sayılan şəxslə debatı
Müəllif: Admin
Tarix: 12-08-2018, 09:16
10 yaşlı İmam Cavadın (ə) dövrün ən böyük alimi sayılan şəxslə debatı
İmam Cavad (ə) imamət kürsüsünə əyləşən zaman 10 yaşı var idi. Ona görə də Həzrətin (ə) düşmənləri onu xar etmək niyyətilə elmi münazirələr təşkil edir və orada rüsvay olacağını düşünürlər.

Abbasi xəlifələri həmin dövrün ən böyük alimlərindən olan Yəhya ibni Əlksəmi münazirə etmək üçün İmam Cavadın (ə) yanına gəndərirlər. Bu münarizəni Məmun təşkil edir və İmamın (ə) məğlub olmasını həsrətlə gözləyir.

Məclis başlayır və Yəhya üzünü Məmuna çevirib deyir: “İcazə verirsənmi ki, bu cavana sual verim?”.

Məmun deyir: “Onun özündən icazə al”.

Yəhya İmamdan (ə) icazə alır və İmam (ə) buyurur: “Hər nə istəyirsənsə, soruş”.

Yəhya deyir: “O şəxs ki, ehramdadır və o halda heyvanı ovlayırsa, onun haqqında nə deyə bilərsiniz?”.

İmam (ə) buyurur: Bu şəxs ovunu hərəmdən xaricdə ovlamışdır, yoxsa hərəmdə? Ovun haram olmasına alim olaraq ehram halında idi, yoxsa cahil? Bilərəkdən öldürübdür, yoxsa xata ilə? Azad idi, yoxsa qul?

Birinci dəfə idi ki, bu işi görürdü, yoxsa bir neçə dəfə etmişdi? Ovu quşlardan idi, yoxsa quşlardan qeyrisi? Kiçik heyvanlardan idi, yoxsa böyük heyvanlardan? Etdiyi bu işdən peşman deyildir, yoxsa peşmandır? Gecə ovlamışdır, yoxsa gündüz? Ümrə ehramından idi, yoxsa həcc?”.

İmamın (ə) verdiyi bu suallardan Yəhyanın halı dəyişdi və gücsüzlüyün əlaməti üzündə görünürdü. Dili kəkələdi və məclis onun nə qədər gücsüz olduğunu başa düşdü.

Məmun öz qohumlarına bir nəzər saldı və dedi: “İndiyə qədər nəyi qəbul etmədiyinizi bildiniz?”.

İnsanlar dağılmağa başladı və Məmunun yaxınlarından savayı heç kəs qalmadı. Məmin üzünü İmama (ə) çevirir və deyir: “Qurbanın olum! Yaxşı olar ki, bu dediklərinin hökmünü bizə bildirəsən ki, istifadə edək”.

İmam Cavad (ə) buyurur: “Əgər ehramlı şəxs hərəmin xaricində ov edərsə və ovu böyük quşlardan olarsa, kəffarəsi – bir qoyundur.

Əgər hərəmdə öldürərsə, kəffarəsi ikiqatdır.

Əgər hərəmin xaricində quşun cücəsini öldürərsə, kəffarəsi – süddən təzə ayrılmış quzudur.

Əgər onu hərəmdə öldürərsə, həm quzunun və həm də o cücənin qiymətini verməlidir.

Əgər ovu vəhşi heyvanlardan olarsa, zebra olarsa, kəffarəsi – bir inəkdir.

Əgər dəvəquşu olarsa, kəffarəsi – bir dəvədir.

Əgər ceyran olarsa, kəffarəsi – bir qoyundur.

Əgər bunlardan birini hərəmdə öldürərsə, kəffarəsi ikiqatdır.

Əgər ehramda olan şəxs elə iş görər ki, qurbanlıq ona vacib olar, əgər həcc ehramında olarsa – gərək qurbanını Minada kəssin.

Əgər ümrə ehramında olarsa – gərək onu Məkkədə kəssin.

Ovun kəffarəsi alim və cahil üçün eynidir, ancaq bilərəkdən edərsə, günah da etmiş olar. Amma xata edərsə, günah ondan götürülər.

Azad insanın kəffarəsi öz öhdəsindədir, qulun kəffarəsi – sahibinin öhdəsindədir.

Kiçiyin kəffarəsi yoxdur, ancaq böyüyün – vacibdir.

O kəs ki, peşman olar – axirət əzabı ondan götürülər, ancaq o kəs ki, peşman deyildir –cəza görəcəkdir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031