İslam dünyasında İlk dəfə Ayətullah və Əllamə titullarını almış alim
Mьəllif: admin1
Tarix: 16-10-2019, 19:55
İslam dünyasında İlk dəfə Ayətullah və Əllamə titullarını almış alim
Əllamə Hillinin tam adı Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hillidir.

Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir.

Mənbələrdə o, “ən böyük alim” (“əllamə”) adı ilə yad edilmişdir. “Ayətullah” tituluna da ilk dəfə o layiq görülmüşdür.

Cəmaləddin Həsən Hilli Hicri-qəməri tarixinin 648-ci ilində (17 dekabr 1250-ci ildə ) dünyaya gəlmiş və hicri ilinin 726-ci ilin məhərrəm ayında (19 dekabr 1325-ci ildə) vəfat etmişdir. Onun məzarı Nəcəf- Əşrəfdə həzrət Əlinin hərəmindədir.

Əllamənin ustadı Muhəqqiq Hilli vəfat etdikdən sonra şiə dünyasının mərcə-təqlidi ayətullah Hilli oldu. Onun təqlid mərcəsi olanda cəmi 28 yaşı var idi.

Əllamə Hillinin ustadlarından Nəsrəddin Tusi, Mühəqqiq Hilli, Şeyx Səiduddin Yusif (atası), Seyyid Əhməd b. Tavus, Seyyid Əli b. Tavus, İbni Məysəm Bəhrani, Şeyx Nəcibuddin Yəhya b. Səid, Şeyx Təqiyuddin Abdullah b. Cəfər b. Əli Sabbağ Hənəfi, tələbələrindən isə Fəxruddin Muhəmməd (oğlu), Şeyx Əbül Həsən Məzidi, Qütbuddin Razi, Seyyid Əhməd b. İbrahim b. Zührə və sairin adlarını sadalamaq olar.

Onun əsərlərinə gəldikdə isə Əl-İrşad, Təbsirətül-Mütəallimin, əl-Qəvaid, Əl-Təhrir, Təzkirətül-Fükaha, Muhtələf'uş-Şiə, Əl-Müntəha, Şərh'ut-Təcrid, Minhacul-İstiqamət, Təlhisül-Kəşşafa və sair işarə etmək olar.

Bu əsərlər təkcə fiqhi deyil, kəlam, fəlsəfə, təfsir, üsul və rical elmlərini də ehtiva edirlər.

Ayətullah Hillini On iki imamı şiə əqidəsinin formalaşmasında əvəszis rolu olan ən əsas alimlərdən biri hesab etmək olar.

Məhz onun vasitəsilə İraq və İrana hakim kəsilmiş Elxanilər sülaləsinin(1256-1335) səkkizinci şahı Ölziyt Xan şiə oldu və Əllamə Hilliyə İranda və digər bölgələrdə şiəliyin təbliğatı üçün şərait yaratdı. Ölziyt Xan daha sonra özünə Sultan Məhəmməd Xudabənda adını seçdi.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930