Qadınlar necə asanlıqla xeyir aqibətli ola bilər?
Müəllif: Admin
Tarix: 8-11-2019, 22:00
Qadınlar necə asanlıqla xeyir aqibətli ola bilər?
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir qadın yoxdur ki, ərinə bir qurtum su içizdirsin, məgər o halda ki, bu əməl onun üçün bir il gündüzləri oruc tutub, gecələri ibadətlə keçirtməkdən daha yaxşıdır. Allah ərinə içizdirdiyi hər qurtuma görə behiştdə onun üçün şəhər salar və 60 günahını bağışlayar”.

Aqibətin xeyirli olması – hər bir müsəlmanın ən ali hədəfidir. Qadınların xeyir aqibətli olması təbii ki, kişilərdə olduğu kimidir. Əsil meyar – iman, təqva və saleh əməldir.

Quran bu mövzulara dəfələrlə işarə etmişdir: “Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 124).

Peyğəmbər (s) buyurur: “Elə bir qadın yoxdur ki, ərinə paltar geyindirər, məgər o halda ki, Allah Qiyamət günü ona behiştin 70 xələtini geyindirər ki, o xələtlərdən hər biri lalə və reyhan gülü kimidir. Həmçinin Qiyamət günü behişt hurilərdən 40 kəniz ona verilər ki, xidmət etsinlər”.

“O qadın ki, ölən zaman əri ondan razı olar – behiştə gedər”.

“O qadın ki, ərinə yeddi gün yardım edər, Allah cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar. Behiştin yeddi qapısını üzünə açar ki, hansı qapıdan istəsə daxil olsun”.

“O qadın ki, Allahdan qorxar və ətəyini hifz edər, ərinə itaət edər – behiştin səkkiz qapısı onun üçün açılar. Ona deyilər: “Hansı qapıdan istəsən daxil ol””.

“Elə bir qadın yoxdur ki, ərinin əmrinə itaət etsin və haqqını yerinə yetirsin və yaxşılıqlarını yada salsın, özündə və malında ərinə xəyanət etməsin, məgər o halda ki, behiştdə onunla şəhidlər arasında ancaq bir dərəcə fasilə olacaqdır.

Əgər əri mömin və xoş əxlaq olarsa, behiştdə də onun həyat yoldaşı olar. Əks halda Allah şəhidlərdən olan kişini onun həyatı yoldaşı edər”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, qadının aqibətinin xeyirli olması üçün ərinə yaxşı həyat yoldaşı olması və ona yardım etməsi – zəruri amillərdəndir.

Ərinə nəinki yar, həyat sırdaşı və yoldaşı olmalıdır, onun həyat yükünü yüngəlləşdirməlidir. Qəlbində olan qəmi aradan aparıb, ona həmdərd olmalıdır.

Ərinə ruhiyyə verib, yorğunluğunu aradan aparmalıdır. Onunla xoşəxlaq və mülayim olmalıdır. Əri əgər ondan razı olarsa, o zaman aqibətinin xeyirli olmasına ümid bəsləyə bilər.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930