Ayətullah Xameneinin elmi və rəhbərlik səlahiyyəti
Mьəllif: admin1
Tarix: 19-04-2022, 13:57
Ayətullah Xameneinin elmi və rəhbərlik səlahiyyəti

İslam ümməti Rəhbərin iqtidarını artırmaq üçün öz güc və imkanlarını əsirgəməməlidir.

Ayətullah Mişkini:
Cənab Ayətullah Seyid Əli Xamenei (Allah hifz etsin) rəhbərlik məqamı üçün lazım olan fəqihlik, ictihad, şəriət hökmlərinin isbatı gücünə malikdir. Onda bütün başqa vilayət şərtləri də mövcuddur.

Ayətullah Cavadiye Amuli:
Cənab Ayətullah Seyid Əli Xameneinin (Allah hifz etsin) ictihad və ədaləti təsdiqini tapıb. İslam ümməti Rəhbərin iqtidarını artırmaq üçün öz güc və imkanlarını əsirgəməməlidir.

Ayətullah Yəzdi:
Cənab Ayətullah Seyid Əli Xamenei (Allah hifz etsin) böyük fəqih, ali məqamlı müctəhiddir. Zəruri elmlərdə araşdırma və isbat gücü çox yüksəkdir. O, ədəbiyyat, üsul, hədis, təfsir, fitva çıxarılmasında zəruri olan rical və dirayə kimi elmlərdə ustad və alimdir.

Ayətullah Mömin:
Cənab Ayətullah Seyid Əli Xamenei (Allah hifz etsin) üçün Xibrəqan Məclisində rəy toplananda onun ictihadı mənim üçün sübuta yetmişdi. Sonradan fiqhi söhbətlərə qatılıb onun ictihadına şahid oldum. Şəhadət verirəm ki, o, ədalətli və bütün zəruri xüsusiyyətlərə malik müctəhiddir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031