Niyə İmam Rzaya “Şəmsuş-Şumus” ləqəbi verilib?
Müəllif: Admin
Tarix: 14-07-2019, 09:54
Niyə İmam Rzaya “Şəmsuş-Şumus” ləqəbi verilib?
"Şəmsuş-Şumus” Günəşlərin günəşi deməkdir. Burada günəşlər dedikdə imamlar, günəşlərin günəşi dedikdə isə İmam Rza nəzərdə tutulur. Bəs niyə məhz səkkizinci imam bu ləqəbə layiq görülüb?

Şəmsuş-Şumus ləqəbinə niyə məhz İmam Rza layiq görülüb?. Bu suala cavab tapmaq üçün bəzi hədisləri xatırlatmaq lazımdır.

Bir gün doqquzuncu imamın səhabələrindən biri imama belə bir sual ünvanlayır: Niyə imam Əli ibni Musa ər-Rizanın məzarını ziyarət etməyin fəziləti İmam Hüseyni ziyarət etməkdən üstündür?

İmam Cavad cavab verir: İmam Hüseyni hamı ziyarət edir, amma mənim atamın qəbrini yalnız xüsusi şiələr (xalis) ziyarət edir.

Tanınmış xətib höccətül-islam Mahmud Əbul-Qasimi bunu belə izah edir:

"İmam Hüseyni 12 imami şiələrdən tutmuş, zeydilər, ismaililər, əbtəhilər və sair şiə firqələri də ziyarət edir. Amma tarix boyu İmam Rzanı ziyarət edən yalnız 12 imamı olan şiələrdir.

Bu tarix boyu özünü sübuta yetirib. Şiəlikdə yaranan şöbələr İmam Hüseynin qiyamından sonra və İmam Sadiqin vəfatından sonra yaranıb. Amma İmam Rzanı qəbul edənlər 12 imamın hamısını qəbul edənlərdir. İmamların hər biri günəşdir. Amma İmam Rza günəşlərin günəşidir. Çünki onu qəbul edən bütün imamları qəbul etmiş hesab olunur.”



(İslaminSesi)
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031