Şeytan İmam Zaman ağanın (ə.f) vasitəsilə məhv ediləcəkdirmi?
Müəllif: admin1
Tarix: 8-07-2021, 10:48
Şeytan İmam Zaman ağanın (ə.f) vasitəsilə məhv ediləcəkdirmi?

Şeytanın (lən) kimin tərəfindən öldürüləcəyi mübahisəli mövzulardan biridir. Bu haqda bir neçə nəzər vardır. Onlardan biri də budur ki, şeytan İmam Zaman ağanın (ə.f) mübarək əlləri ilə məhv ediləcəkdir.

Şeytan (lən) Allahdan möhlət istəyən zaman Allah Təala ona buyurmuşdu: "(İblis) dedi: «Ey Rəbbim! Belə isə onların(qəbirlərdən) qaldırılacağı günə kimi mənə möhlət ver».

(Allah) buyurdu: «Həqiqətən sən möhlət verilənlərdənsən, məlum vaxtın gününə (birinci surun çalınması ilə insanların üzərindən İlahi vəzifələrin götürüləcəyi günə) qədər»”. ("Sad” 79-81).

Bəzi ehtimallara görə, şeytan (lən) birinci surun çalınmasına qədər sağ qalacaqdır. Çünki ancaq o günü insanların üzərindən İlahi vəzifə götürüləcəkdir.

Bəzi digər ehtimallara görə, "məlum vaxt” dedikdə o müəyyən vaxt nəzərdə tutulur ki, ancaq Allah bilir. Ondan savayı heç kəsin xəbəri yoxdur.

Bəzi ehtimallar da var ki, burada məqsəd - Qiyamət günüdür. Şeytan o günə qədər sağ qalmaq istəmişdir. Ancaq bu ehtimalı zəif hesab edirlər.

Ancaq İmamlardan (ə) gələn hədislərdə oxuyuruq ki, şeytan (lən) İmam Zaman ağanın (ə.f) əli ilə məhv ediləcəkdir.

Belə ki, İmam Sadiq (ə) buyurur: "O zaman ki, bizim Qaim (ə.f) zühur edər və Kufəyə gələr, şeytan Həzrətin (ə.f) hüzuruna gələr.

Diz çöküb deyər: "Vay olsun bu günə!”. Bu zaman İmam Zaman (ə.f) şeytanın alın tükündən yapışar və başını kəsər və onu həlak edər”.

Bəlkə də bu hədisdə şeytanın (lən) məhv edilməsi o mənadadır ki, İmam (ə.f) gələcək və yer üzündə fəsadın və fitnənin kökü kəsiləcəkdir. Onun yerində ədalət və iman hakim olacaqdır.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Şeytan İsrafilin (ə) birinci ilə ikinci surunun arasında öləcəkdir”.

Bəzi alimlər isə iddia edirlər ki, şeytan insanın həyatda olduğu müddətdə olmalıdır ki, onları vəsəvəsə etsin və onlara savab və ya əzab qazandırsın. Əgər şeytan zühur zamanında öldürülərsə, insanların üzərindəki təklif götürülər.

Əllamə Təbatəbai buyurur: "İnsanın təklifi ilə şeytanın vəsvəsə etmək üçün var olması zəruri mövzulardan deyildir.

Belə deyildir ki, o zamana qədər ki, insanın boynunda təklif olar, onu yolundan azdırmalıdır. Çünkü mümkündür ki, Allah insanlıq cəmiyyətini islah etsin və fəsadın kökünü kəssin.

İnsanlar Allahdan qeyrisinə pərətiş etməsinlər. Bu zaman şeytan heç kəsi yolundan azdıra bilməz”.

Başqa sözlə desək, şeytan vəsvəsəyə səbəb olmağına baxmayaraq, ancaq bütün vəsvəsəni şeytan etmir. Şeytan olmasa da, nəfsi-əmmmarə insanı vəsvəsə edər.

İdris peyğəmbərin (ə) səhifəsində Allahın adından belə yazılır: "Sən, ey şeytan! Sənə o zamana qədər möhlət verirəm ki, yer üzünü küfr, şirk və günahdan pak edəcəyəm.

Ancaq bu zamanda sənin yerinə saleh və pak ürəkli, imanlı bəndələrim iş başına gələrlər. Onları xəlifə edərəm və yer üzünə hakim edərəm.

Dinləri möhkəmdir və ancaq Mənə pərəstiş edərlər və heç bir şeyi Mənə şərik qoşmazlar. Həmin günü sən və ordunu piyadadan tutmuş minikdə olana qədər məhv edəcəyəm”.

Yəni, İmam Zaman ağanın (ə) hökumətində şeytanın hökuməti aradan gedəcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031