“Yasin” surəsində adı çəkilən İmami-mubin kimdir?
![]() ”Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq-aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq”. (“Yasin” 12). Bu ayədə adı çəkilən İmami-mubin kimdir ki, bəziləri onu oxuyan zaman salavat çevirirlər? Təfsirçilərin nəzərinə görə bu ayədə adı çəkilən İmami-mubin İmam Əlidir (ə). Ona görə də ona salavat göndərmək bəyənilən əməllərdən hesab olunur. İmam Baqir (ə) cəddindən nəql edir ki, buyurub: “O zaman ki, bu ayə nazil oldu, Əbu Bəkr və Ömər ayağa qalxdılar və dedilər: “İncildir?”. Buyurdu: “Xeyr”. Dedilər: “Qurandır?”. Buyurdu: “Xeyr”. Bu zaman İmam Əli (ə) Peyğəmbərə (s) tərəf gəlirdi. Və (Həzrətin (s)) gözü İmama dəyir və buyurur: “İmami-mubin – bu kişidir! O, həmin İmamdır ki, Allah Təala hər şeyin elmini onda hesablaşmışdır””. İbni Abbas İmam Əlinin (ə) özündən nəql edir ki, buyurub: “Allaha and olsun ki, İmami-mubin mənəm! Haqqı batildən aşkar edirəm və bu elmi Peyğəmbərdən (s) irs aparmışam və öyrənmişəm”. (Erfan) Əmmar Yasir nəql edir: “Müharibələrin birində Həzrət Əlinin (ə) yanında idim ki, bir səhraya çatdıq. Orada çoxlu qarışqa var idi. Həzrətə (ə) dedim: “Ey Əmirəl-möminin! Allah məxluqlarından kimisə tanıyırsanmı ki, bu qarışqaların sayını bilsin?”. Həzrət (ə) buyurur: “Bəli, ey Əmmar! Mən o insanı tanıyıram ki, bu qarışqaların sayını, onların dişi və erkəklərinin sayını bilir”. Soruşdum: “Ey, mənim mövlam! O insan kimdir?”. Buyurdu: “Ey Əmmar! Məgər “Yasin” surəsinin 12-ci ayəsini oxumamısan?”. Dedim: “Bəli, mənim mövlam, o ayəni oxumuşam”. Həzrət (ə) buyurdu: “Mən – həmin İmami-mubinəm””. /Deyerler.org/ Oxşar xəbərlər
|