Qiyamət tərəzisində ən ağır gələn yaxşı əməl
![]() Sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s): “İslam gözəl əxlaqdır” Sevimli peyğəmbərimiz həzrət Muhəmməd peyğəmbər (s): “Gözəl əxlaq dinin yarısıdır” Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Gözəl əxlaq möminin kitabının sərlövhəsidir” Yənin əsas qarşısında duran vəzifəsidir. Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir” İmam Cəfər Sadiq əleyhissalam buyurur: “Gözəl əxlaqdan ləzzətli həyat yoxdur” Sevimli peyğəmbərimiz həzrət Muhəmməd peyğəmbərdən gələn digər bir hədisdə deyilir: “Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar” O həzrət digər bir hədisdə buyurur: “Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir” Əxlaqi-həsənə barədə deyilənlərdən sonra aydın olur ki əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur. Bu həzrət peyğəmbərin hədisində də gəlibdir: “Mizan günündə tərəziyə Əxlaqi-həsənədən ağır bir şey qoyulmaz. Əxlaqi-həsənənin sahibi namaz və orucu tutanın dərəsəsində olar”. Oxşar xəbərlər
|