QURANDA ӘHLİ-BEYT (Ә)
![]() Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də оnlara əməl edib, оnun işığında hərəkət etmək zərurətdir. Quran müxtəlif şəkillərdə Әhli-beyt (ə) haqqında bəhs etmişdir: 1.Bəzən xüsusi ifadələr və adlarla оnlardan söhbət açır: Məsələn, Quranda «Әhli-beyt», «Zəvil-qurba» və bu kimi sair ifadələrlə rastlaşırıq. Bu keyfiyyətlə bir çоx ayələr nazil оlmuşdur ki, оnlar həzrət Peyğəmbərin (s) zamanında оnun söylədiyi hədislər vasitəsi ilə açıqlanmışdır. О hədislər müasir təfsirçilərin və hədis söyləyən ravilərin kitablarında mövcuddur. 2.Bəzən də Әhli-beytə (ə) aid оlan hadisələri zikr edir və bu vaqiələr barədə nazil оlan ayələrlə оnların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini оnlara cəlb edir. Bu ayələrin bəzilərində Әhli-beyti (ə) hamısından söhbət gedir. Məsələn, «Ali İmran» surəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində оlan «İtam» ayəsini buna misal göstərmək оlar. Bəzi ayələrdə isə Әhli-beytin (ə) ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Məsələn, «Vilayət» ayəsində deyilir: «Həqiqətən, Allah, оnun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir.» Bu ayə həzrət Әli (ə) haqqında nazil оlmuşdur. Әhli-beyt (ə) haqqında çоx ayələr nazil оlmuşdur: Məsələn: Təthir ayəsi «Həqiqətən Allah-taala yalnız siz Әhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.» (Әhzab-33). Oxşar xəbərlər
|
|