Dəstəmaz nurdur
Mьəllif: admin1
Tarix: 25-01-2021, 10:46
Dəstəmaz nurdur
Əllamə Həsənzadə Amuli:
Bəli, ey qardaş! Bil ki, dəstmaz nurdur və daim dəstəmazlı olmaq qüds aləminə yüksəlməyə səbəb olacaq.

Bu bərəkətli dəstur elm və əməl meydanının böyük şəxsiyyətləri tərəfindən sınaqdan çıxmışdır. Bəs ey dost diyarının yolçusu, sənə lazımdır ki, birincisi həmişə dəstəmazlı olasan, ikincisi, böyük himmət və əzmkarlığın olsun.

Namazdan sonra Allah Təbarək və Taaladan baqi və əbədi olan şeyi istə. Ondan (Allahdan), Onun Özündən başqasını istəmə və ürək dilinlə belə tərənnüm et:

Biz Səndən Səndən başqasını təmənna etmirik

Şəkəri ona ver ki, məhəbbəti dadmayıb!

Çünki Allahın məhəbbətini dadmış şəxs Ondan başqasını heç bilir. Üstəlik, Ondan başqa istəyəcəyi hər bir şey Onun ismlərindən birinin təzahürüdür. Odur ki, insan əsli (Haqqın Zatını) taparsa, deməli, hər şeyi tapmışdır.

Nə üçün zahid cənnət həvəsindədir?

Nə üçün cənnəti yaradandan xəbərsizdir?

Böyük arif Sədrəddin Dezfuli şerlərinin birində deyir:

İlahi, zahid səndən huri istəyir, onun qüsuruna bax

Qapından cənnətə qaçır ya Rəbb, onun şüuruna bax.

Namazı qılıb qurtardıqdan sonra başını səcdəyə qoy və de: "Allahummərzuqni həlavətə zikrikə və liqaikə vəl-huzurə indikə. (İlahi, zikrinin şirinliyini mənə dadızdır, görüşünü mənə ruzi et və hüzurunda olmağı mənə inayət et.)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930