Fitr bayramı: yaxşı əməl sahibləri bu gündə mükafat alarlar, ziyankarlar isə məyus olarlar
Müəllif: Admin
Tarix: 14-06-2018, 22:30
Fitr bayramı: yaxşı əməl sahibləri bu gündə mükafat alarlar, ziyankarlar isə məyus olarlar
Fitr bayramı – İslam dininin ən böyük bayramlarından biridir.

Onun haqqında ayələr və hədislərimiz vardır. Oruc tutan müsəlmanlar bir ay boyunca yeməkdən və içməkdən çəkinər və bir çox mübah işləri görməzlər. Bu mübarək ay sona çatan kimi Şəvval ayının 1-i gələr ki, Fitr bayramı adı ilə məşhur bir bayramdır. Hər bir oruc tutan həmin gündə Allahdan öz əcr və mükafatını istəyər.

Əmirəl-möminin (ə) Fitr bayramlarının birində xütbə deyərək buyurmuşdur: "Ey insanlar! Sizin bu gününüz elə bir gündür ki, yaxşı əməl sahibləri onda mükafat alarlar, ziyankarlar məyus olarlar.

Bu günün Qiyamət gününə çox oxşarlığı vardır. Ona görə də evlərinizdən bayram namazına yollanan zaman qəbirdən qalxıb Allaha tərəf getməyinizi yada salın.

Namaza dayanan zaman Allah qarşısında dayanacağınızı yada salın. Mənzillərinizə qayıdan zaman behişt mənzillərinizə qayıtmağınızı xatırlayın. Ey Allah bəndələri! Oruc tutan kişi və qadınlara verilən ən az şey odur ki, mələk Ramazan ayının son günündə onlara nida edər və deyər: "Müjdə olsun, ey Allah bəndələri! Keçmiş günahlarınız bağışlandı, ona görə də gələcəyinizin fikrində olun ki, qalan əyyamı necə keçirdəcəksiniz””.

Böyük arif Mələki Təbrizi Fitr bayramı haqqında buyurur: "Fitr bayramı elə bir gündür ki, Allah onu başqa günlər arasından seçmişdir. Öz bəndələrinə hədiyyə və mükafat vermək üçün ayırmışdır. Onlara icazə vermişdir ki, Onun ətrafında toplaşsınlar və bəndəlik ədəbini yerinə yetirsinlər. Ona tərəf ümid gözü ilə baxsınlar.

Həmçinin onlara müjdə və vədə vermişdir ki, Ondan hər nə istəsələr – yerinə yetirəcəkdir. İstədiklərindən çoxunu onlara verəcəkdir”.

Şəvval ayının biri Fitr bayramıdır. Bu gün hər bir oruc tutan artıq yeyib-içər. Məsumların (ə) nurani kəlamlarından belə nəticəyə gəlmək olur ki, Fitr bayramı – bəndənin muzd aldığı gündür.

Ona görə də bəndənin bu gündə çoxlu dua etməsi müstəhəb əməllərdəndir Həmin gündə Allahdan dünya və axirət xeyirini istəməyi, dua etməkdə tənbəllik etməməyi tövsiyə etmişdilər.

Allahım, bu gözəl bayramı bütün müsəlmanlar üçün mübarək et və bizləri Ramazan ayının imtahanından başıuca halda çıxanlardan qərar ver!

/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930