Fitrə zəkatı nə qədərdir? Nə vaxt çıxarmaq?
Müəllif: Admin
Tarix: 22-05-2020, 21:31
Fitrə zəkatı nə qədərdir? Nə vaxt çıxarmaq?

Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan (şəri baxımdan fəqir və miskin olmayan) şəxslərə fitrə zəkatı ayırmaq vacibdir.

Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir.

Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı (Ramazan bayramından öncəki gecə) şam azanından sonra çıxılan fitrə zəkatı, bayram günü bayram namazınadək verilir. Bayram namazını qılmayan şəxs, fitrə zəkatının verilməsini günorta azanınadək təxirə sala bilər.

Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, borcluya və s. verilə bilər.

Fitrə zəkatını möminə vermək müstəhəbdir.

Fitrə zəkatını alkohollu içki içənə və aşkar günah edənə vermək olmaz.

Fitrə zəkatını verən şəxs, özünün və onun çörəkyeyənləri sayılan insanların, o cümlədən hətta həmin axşam (bayram axşamı) onun razılığı ilə məğribdən (məğrib - şam azanından 15-20 dəqiqə əvvəl olan vaxta, gün batan zamana deyilir) əvvəl onun evinə qonaq gələn şəxslərin də fitrəsini ödəməlidir.

Seyyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz (belə ki, seyyidlər - Həzrət Peyğəmbərin (s) nəslindəndir və onlara sədəqə qəbul etmək icazə verilmir). Amma seyyid olan şəxs, fəqir seyyidə fitrə zəkatı verə bilər.

Fitrə zəkatının: Miqdarı: - 3 kq;

Verilmə vaxtı:
– bayram namazının qılınma vaxtınadək. Bayram namazı qılmayan şəxs, günortayədək verə bilər.

Oxşar xəbərlər
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930