Özünü tərbiyə etməyin 7 yolu
Müəllif: Admin
Tarix: 30-03-2020, 21:36
Özünü tərbiyə etməyin 7 yolu
İnsan əgər özünü tərbiyə edə bilməzsə, həyatda heç bir nailiyyət əldə edə bilməz. Çünki insan əgər nəfsinə qalib gələ bilmirsə, şübhəsiz ki, havayi-nəfsinin qurbanına çevrilər və dünya və axirətini bada verər.

Bütün İlahi övliyaların (ə) bu dünyadakı səyləri insanları tərbiyə etmək olmuşdur. Çünki insan əgər özünü islah edə bilməzsə, dinində möhkəm və sabit ola bilməz. Bütün bu aləm insan üçün xəlq edilmişdir. Ona görə də insan öz fitrət və əsalətinə qayıdaraq, həqiqi mahiyyətini dərk etməyə çalışmalıdır. Özünü tərbiyə etməyin 7 mühüm açarı təqdim edilir ki, onlara işarə edək:

1. İlk addımda əxlaq və ürfana aid kitablar mütaliə olunmalıdır. Çünki əgər bu mütaliələr olmasa, insanın özünü islah etməsi üçün lazım olan ehtiyaclarını tanıması çətin olar. İslam dini kamil bir din olduğu üçün bizi həmişə elmimizi artırmağa dəvət edir. Əgər fərdi və ictimai baxışlarımızı dəyişmək istəyiriksə, gərək elmimizi artıraq.

İmam Əli (ə) buyurur ki, gözəl axirətə çatmaq üçün gərək fikirlərini gözəl edəsən. Ona görə də deyə bilərik ki, ilk addım - fikir, danışıq, rəftar, adət, şəxsiyyəti islah etməkdir. Pis fikirləri uzaqlaşdırıb, yerini yaxşıları ilə doldurmaq lazımdır. Ancaq necə? Fikrin üç əsas şah yolunu kontrol edərək: gördüklərin, eşitdiklərin və yediklərin pak olmalıdır.

2. Əxlaq və özümüzü islah etməkdə əksəriyyətə tabe olmayaq. Kamil insanlar adətən azlıq təşkil edir. Ona görə də örnək və nümunə olaraq Məsumların (ə) ardınca gedək. Qalaya çatmaq üçün hərəkət etmək lazımdır, onlara yaxınlaşmaq lazımdır.

3. Təmrin hissəsidir. Nə zaman və harada büdrəsək, istəməsək və ya bacarmasaq, ya sevgi və hisslərimizə məğlub olsaq, özümüzü cərimə edək. Başqa sözlə desək, tərbiyə edək. Misal üçün bir qədər sədəqə verək, ya bir neçə rükət namaz qılaq, oruc tutaq və s. Bu işi bütün ariflər və alimlər yerinə yetirirlər.

4. Günahdan çəkinməyin ən rahat yolu - zəhərli və günah mühitinə daxil olmamaqdır. İnsan ruhu da, cismi kimi hər an xəstələnə bilir. Havada olan viruslar cismimizi xəstələndirdiyi kimi, ruhumuz da bu cür mühitlərdə xəstə olurlar.

5. İnsanı həqiqi yoldan saxlayan amillər: tamah, təmtəraq ardınca olmaq, qənaət etməmək, sadə yaşamağı sevməmək və bu kimidir. Ona görə də tamah dişini çəkib atmaq lazımdır. İmam Əlinin (ə) buyurduğu kimi ən böyük sərvət - qənaətdir. Qənaət səbəb olar ki, insan rahat və hüzur içində yaşasın. Tamah isə insanı zənginlərin və qüdrət sahiblərinin qulu edər. Dünya ləzzətlərinə çatmaq üçün şəxsiyyəti zəlil və xar olar.

6. Başqaları ilə olan rabitə nə ifrat olsun, və nə də təfrit. Əgər insanın başqaları ilə rabitəsi ifrat dərəcəsində olarsa, özünü islah etmək fürsəti məhdud olar. Başqaları onun həyatına və hisslərinə daha çox qarışarlar. Bu da özünü tərbiyə etməyə mane olan ən böyük səddir. Əlbəttə, alimlərlə və yaxşı insanlarla rabitə qurmaq insana heç bir zaman ziyan gətirməz. Əksinə elmini artırar və ruhu sağlam olar.

7. Ömür qızıldan da dəyərli bir nemətdir. Gərək onu xərcləyən zaman simic olaq. Zamana rəhbərlik etməyi də unutmayaq. Əgər zamana rəhbərlik etsək zehnimizə, dilimizə və həyatımıza rəhbərlik etmiş olarıq.


Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031