Elə bir əməl öyrədin ki, Allah məndən razı olsun, insanlar məndən razı olsun, malım çox olsun, bədənim sağlam olsun, ömrüm uzun olsun...
Mьəllif: admin1
Tarix: 21-02-2022, 23:25
Elə bir əməl öyrədin ki, Allah məndən razı olsun, insanlar məndən razı olsun, malım çox olsun, bədənim sağlam olsun, ömrüm uzun olsun...
Həzrət Peyğəmbər (s) evində otaq düzəltməklə məşğul idi və bir kişi gəlir və deyir ki, icazə verin sizə yardım edim.

Həzrət (s) də ona icazə verir. Otağı hazır etdikdən sonra Peyğəmbər (s) ona əmək haqqısını vermək istəyir.

Lakin kişi deyir: “Ya Rəsulallah! Mən əmək haqqı istəmirəm. Əvəzində sizdən bir təmənnam vardır.

Mənə elə bir əməl öyrədin ki, Allah məndən razı olsun, insanlar məndən razı olsun, malım çox olsun, bədənim sağlam olsun, ömrüm uzun olsun və behiştdə sizinlə məhşur olum”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allahın səndən razı olmasını istəyirsənsə, aşkarda və gizlində Ondan qorx. Günah etmə, hətta əgər kimsə olmasa belə, günah etmə.

Əgər insanların səndən razı olmasını istəyirsənsə, onlara yaxşılıq et və tamah gözünü onların malından çək.

Əgər malının çox olmasını istəyirsənsə, malının zəkatını çox ver.
Əgər bədəninin sağlam qalmasını istəyirsənsə, sədəqə ver və oruc tut.

Əgər ömrünün uzun olmasını istəyirsənsə, qohumlarına baş çək.

Əgər behiştdə mənimlə məhşur olmaq istəyirsənsə, çalış ki, səcdələrin uzun olsun”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031