Fəqir kimə deyilir?
Mьəllif: admin1
Tarix: 9-04-2024, 10:42
Fəqir kimə deyilir?
Fəqir ərəb dilində “yoxsul, kasıb, möhtac” deməkdir.

Fəqir (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar.

Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): “Allah zəngindir, siz isə yoxsulsunuz” (Muhəmməd, 38).

Fəqirlik bəzən mənəvi kasadlıq mənasında işlədilsə də, daha çox maddi yoxsulluq mənasında anlaşılır. İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil və bu məbləği qazanmaq imkanından da məhrumdur.

Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzifəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçinin, sədəqə bu cür şəxslərə ünvanlanır.

Fəqirə yardım göstərmək İslamda çox böyük savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq böyük günahdır.

/ixlas.az/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930