Niyə səfər zamanı oruc tutmaq olmaz?
Mьəllif: admin1
Tarix: 14-03-2024, 10:56
Niyə səfər zamanı oruc tutmaq olmaz?
Orucu bir neçə yerdə açmaq vacibdir ki onlardan biri də səfərdə olmaq zamanıdır. Bəqərə surəsinin 185-ci ayəsində belə buyurulur:

"İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar.

Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz."

Bu ayədə müsafirə səfərdə olan gündə deyil orucunu digər gündə tutmaq əmr edilir.

Ola bilsin bir çoxları bunu vacib əmr olmadığı kimi anlayır. Hədislərə əsasən peyğəmbər (s) də səfərdə olanda orucunu açdı. Bir neçə səhabə oruc tutmaqda davam etdikdə peyğəmbər onlara oruclarını açmağın vacib olduğunu söylədi

Bəs bunun hikməti nədən ibarətdir?

Şeyx Hurri Amili Vəsailuş-Şiə əsərində İmam Sadiqdən (ə) belə bir hədis gətirib:

"Səfərdə orucu iftar etmək və namazları qəsr qılmaq Allahın insana hədiyyəsidir. Bu məsələyə riayət etməyən Allahın hədiyyəsini də qəbul etməmiş və onu rədd etmiş kimidir."
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031