Zəiflik və dözümsüzlüyə görə orucu tutmamaq olarmı?
Mьəllif: admin1
Tarix: 28-03-2023, 10:33
Zəiflik və dözümsüzlüyə görə orucu tutmamaq olarmı?
Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına zəiflik və dözümsüzlüyə görə oruc tutmamaqla bağlı sual ünvanlanıb ki, sualın mətni belədir:

“Həddi buluğa çatmış bir qız fiziki baxımdan zəif olduğuna görə oruc tuta bilmir. Ramazandan sonra da bunu edə bilməyəcək ki qəzasını tutsun.

Bu gələn ilin Ramazanına qədər belə olacaq (yəni bir il ərzində belə fiziki qüvvəsinin zəif olmasına görə orucun qəzasını tuta bilməyəcək). Bunun hökmü nədir?

Cavab: Orucu və onun qəzasını tutmaq üçün fiziki gücün çatmaması, bu ibadətin onun boynundan düşməsinə səbəb olmaz.

Ramazanın fövtə getmiş qəzalarını tutacaq. (Yəni sırf fiziki gücün olmaması orucun insanın boynundan düşməsinə səbəb olmur və insan bunu bacardığı an tez bir zamanda yerinə yetirməlidir)

Mövzu ilə bağlı Ayətullah Seyyid Əli Sistaninin dəftərxanasına ünvanlanan sual belədir:

Ramazanda oruc tutmağa gücü çatmayan və zəiflik ona qalib gəldikdə oruc tutulmaya bilərmi?

Zəiflik nə qədər çox olsa belə orucu yemək üçün rüxsət vermir. Amma məşəqqətin çox olması onun dözümsüz olması ilə nəticələnsə sadəcə zərurət həddində yeyib içmək olar.

(Yəni dözə bilməsə orucunu açacaq). Amma ehtiyat-vacib budur ki orucunu açsa da günün qalan hissəsində yeyib, içməsin. Ramazandan sonra da onun qəzasını tutmalıdır”.


Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829