Özləri də bilmədən Quran məntiqi ilə düşünən professorlar
![]() Fransız astronomu Kamil Nikolas Flammarion (1842-1925) “Yenə min il, on bir min il, yenə də yüz min il eyni sürətlə, vasitəni yavaşıtmadan, gicəllənmədən, həmişə düz xətt üzrə, saniyədə üç yüz min km sürətlə irəliyə doğru gedirik. Hesab edək ki, eyni sürətlə bir milyon il yol qət etmişik, görünən dünyanın sərhədlərinə çatmışıqmı? Xeyr, qət edilməli olan böyük qaranlıqlar var. Ancaq orada da səmanın ənginliklərində yeni ulduzlar parlayır. Onlara doğru gedirik. Onlara çatırıqmı? Yenidən yüz milyon il, yenə də yeni-yeni kəşflər, yeni əzəmət, yeni dünyalar, yeni planetlər, yeni-yeni varlıqlar, yaxşı son haradır? Üfüq əsla qapanmır, qarşımızı alacaq bir səma yoxdur, hey yol, davamlı yol, haradayıq? Hansı yolu qət etmişik? Hələ də həmin nöqtədəyik, hər yer mərkəzdir, heç yer dairəni əhatə etmir. Budur önümüzdə açılan, bitib-tükənməyən sonsuz aləm. Ancaq onu öyrənməyə hələ başlanılmamışdır. Heç nə görmədən qorxudan geriləyirik, bu nəticəsiz səfərdən yorulub düşürük. Hara düşək? Zirvəsinə yetişə bilmədiyimiz kimi, dərinliyinə də yetişmədən sonsuz burulğanlara düşək? Şimal cənub olur, səma hansıdır? Nə şərqdir, nə qərb, nə yuxarıdır, nə aşağı, nə sağdır, nə sol. Dünyaya hansı tərəfdən baxsaq, hər cəhətdən sonsuzdur. Bu sonsuzluqda bizim dünyamız sonsuz okeanda böyük adalar içərisində bir adaya bənzəyir. Siyasi və dini tarixdən əldə etdiyi bütün qüruru ilə bəşəriyyətin bütün ömrü, hətta bütün əzəməti ilə Yer kürəsinin ömrü bir anlıq keçib gedən yuxu qədərdir. Əgər milyonlarla alimin milyonlarla kitabda yazıya aldığı elmləri və tədqiqat əsərlərini yenidən yazmaq istəsələr, kiçik bir tankerdən də az cövhər və ya mürəkkəb kifayət edər. Halbuki keçmişdə və gələcəkdə yer və göydə olan bütün mövcudatı təsvir etmək, xülasə, dünyanın bütün sirlərini yazmaq üçün dünyanın bütün dənizlərinin suyu kifayət etməz". Allah-taala Quranda belə buyurur: “Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir” (Loğman surəsi - 27) Professor Reymond Rüvaye: “Sizin bu dünyanı tam şəkildə təsəvvür etməyiniz üçün kainatın sonsuz səhrasındakı qalaktikaların sayının yer üzərindəki bütün sahillərinin qum dənələrinin hamısının sayından çox olduğunu bilməyiniz kifayətdir Bildiklərimiz, bilmədiklərimiz, xəbərimiz olmadıqları haqqında bu cür düşünməyimiz bizə öz məhdud həyat baramamızda həbs olmamaq, kiçikliyimizdən xəbərdar olmaq, təvazökar olmaq, bu həyatdan kənara addım ata bildiyimiz qədər daha çox diqqətlə və dərindən araşdırma aparmaq imkanı və hazırlığı verir. Musəvi Lari - İslamda etiqad əsasları P.S. Biri Allah kitabındakı bu ayəni görmədən Allahın ona bəxş etdiyi ağıl nemətindən faydalı şəkildə istifadə edərək, dərin düşüncə sayəsində bu ayənin dərkinə nail olur. Başqası bu ayəni oxuya-oxuya "mən o kitabda nağıl və əsatirdən başqa bir şey görmədim" deyir... Bəlkə bir az düşünək, hər şeydən əl çəkib cəmi bir saat düşünək. Səmaya, günəşə, aya, saysız-hesabsız ulduzlara baxıb düşünək. Dəniz kənarında oturub dənizlər, okeanlar, səhralar, dağlar, düzlər, meşələr, canlı-cansızlar haqqında düşünək. Nə qədər olar səhər işə get, axşam evə qayıt, yeməyə nə yeyək, nə geyinək, sabah nə olacaq...lar haqqında düşünmək. Bir qədər də bizi biz edən, insan olaraq bütün mövcudatdan fərqləndirənlər haqqında düşünək... Hazırladı: ilahiyyatçı-yazar Famil Burxanoğlu Oxşar xəbərlər
|