MÜBARƏK RAMAZAN AYININ 3-CÜ GÜNÜNÜN DUASI
Müəllif: Admin
Tarix: 9-05-2019, 04:02
MÜBARƏK RAMAZAN AYININ 3-CÜ GÜNÜNÜN DUASI
اَللّـهُمَّ ارْزُقْني فيهِ الذِّهْنَ وَالتَّنْبيهَ، وَباعِدْني فيهِ مِنَ السَّفاهَةِ وَالَّتمْويهِ، وَاجْعَلْ لى نَصيباً مِنْ كُلِّ خَيْر تُنْزِلُ فيهِ، بِجُودِكَ يا اَجْوَدَ الاجْوَدينَ .

Duanın oxunuşu: Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin.

Duanın tərcüməsi: İlahi, Öz səxavətinlə mənə bu gün yaxşı düşüncə və ayıqlıq əta et, məni ağılsız və səfeh işlərdən uzaqlaşdır və bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır, ey səxavətlilərin ən səxavətlisi!

İFTAR DUASI

للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

3-cü gün - 10 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas)
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930