Allahın rəhməti qəzəbini üstələyər. Amma bəndələr Onun lütfündən sui-istifadə etməməlidir
Mьəllif: admin1
Tarix: 1-12-2020, 12:00
Allahın rəhməti qəzəbini üstələyər. Amma bəndələr Onun lütfündən sui-istifadə etməməlidir
Allah Öz bəndələrini sevir və onlara qarşı həmişə mehribandır. Bəzən tarixə baxan zaman görürük ki, insanlar vəfasızlıq etməklərinə baxmayaraq, Allah öz sevgisini və məhəbbətini onlardan əsirgəməmiş və onlara yenə də nemətini nazil etmişdir.

Buna şahidlik edən çox sayda Quran ayəsi də vardır. “Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər”. (“Bəqərə” 243).

Bu haqda Əllamə Təbatəbai buyurur: “Allah zati sevgisinə görə məxluqlarını sevir. Allah bütün məxluqları kimi, insanı da xəlq etmişdir. Allah bəndələrini sevdiyi üçün bəzi təqsirlərini görməməzliyə vurur.

Bəndələrinin tövbəsini qəbul edir və eyblərini gizlədir. Lakin layiqli deyildir ki, bəndələr Allahın lütfündən sui-istifadə etsinlər. Tövbə yolunda süstülük göstərsinlər.

Əgər bir gün İlahi lütf bəndəyə şamil olmazsa, bu zaman İlahi əzab ətəyindən yapışar. İlahi məhrumiyyətə düçar olar. Halbuki, Allahın rəhməti qəzəbini üstələyər”.

Məsumların (ə) duasında oxuyuruq: “Ey o Kəs ki, rəhməti qəzəbini üstələyir!”.

Qurani-Kərimdə buyurulur: “Əgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı, girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi”. (“Nur” 14).

“Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı”. (“Nur” 21).

Allah, varlığımızda iman və sədaqətdən bir zərrə qalana qədər bizi Öz rəhmətindən məhrum etmir. Sonuncu addımımıza qədər bizə Öz lütf və inayətindən nəsib edir.

Eyni zamanda kafirlərə, zalımlara da möhlət verir. Lakin onlara verdiyi möhlət lütfünə görə deyildir, bəlkə istidraca görədir.

O kəs ki, Allahın rəhmətinə ümidsiz olar, Onu tanımamışdır deməkdir. İkincisi - Ona rəhimsizlik ittihamı vurmuşdur. Üçüncüsü - Allahı rəhim və rəhman olaraq tanımadığı üçün tövbə etməmiş və istiğfar etməmişdir.

Ümidsizlik nəticəsində insan Allahın böyük neməti olan bağışlanmadan məhrum olar. Allah buyurur ki, iki günahı bağışlamayacaqdır ki, biri şirkdir və o birisi isə İlahi rəhmətdən ümidsiz olmaqdır.

Allah günahkarlara vədə vermişdir ki, əgər tövbə etsələr, onları bağışlayacaqdır. Bunu yaddan çıxartmayaq ki, dünya həm pislər və həm də yaxşılar üçün imtahan yeridir.

Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031