Allah gülərüzlü insanı sevir, qaşqabaqlı ilə düşməndir
Müəllif: Admin
Tarix: 6-03-2017, 09:57
Allah gülərüzlü insanı sevir, qaşqabaqlı ilə düşməndir
Həzrət Peyğəmbər (s) buyurur: “Gülərüzül ol ki, Allah gülərüzlü insanı sevir, qaşqabaqlı ilə düşməndir”.

İmam Əli (ə) buyurur: “Gülərüzlülük yaxşılıqların başlanğıcıdır”.
İmam Əli (ə) buyurur: “Gülərüzlülük kini aradan aparar”.
İmam Əli (ə) buyurur: “Gülərüzlülük azadilərin sifətindəndir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Gülərüzülülük səbirin zinətidir”.
İmam Əli (ə) buyurur: “Sənin gülər üzün nəfsinin kəramətinin və böyüklüyünün nişanəsidir”.
İmam Sadiq (ə) buyurur: “Yaxşı əməl və gülərüzlülük məhəbbət gətirər və behiştə aparar. Simiclik və qaşqabaqlılıq Allahdan uzaqlaşdırar və cəhənnəmə aparar”.
İmam Əli (ə) buyurur: “Gülərüzlülüklə bağışlayan dəyər əldə edər”.
İmam Sadiq (ə) buyurur: “Behiştlilərin dörd nişanəsi vardır: Gülərüzlülük, mülayim dil, mehriban ürək və verən əl”.
İmam Əli (ə) Peyğəmbər (s) haqqında buyurur: “O, peyğəmbərlərin xatəmi idi, bağışlayan, hövsələli, düz danışan, əhdinə ən çox sadiq olan, mülayim, insanların xoş ünsiyyət quranı idi. Hər kim onunla ünsiyyət qururdu, onu tanıyırdı və onu sevirdi. Hər kim onu tərifləmək istəsə, deyərdi: ondan əvvəl və ondan sonra onun kimisini görməmişəm”.
İmam Sadiq (ə) buyurur: “Hər kim bu işlərdən birini Allah dərgahına aparar, Allah behişti onun üçün vacib edər: yoxsulluqda infaq, hamı ilə gülərüzlü olmaq və insaflı rəftar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31