İmam Xomeyninin (r.ə) Rəhbərlik həyatı
Müəllif: Admin
Tarix: 4-06-2020, 10:05
İmam Xomeyninin (r.ə) Rəhbərlik həyatı

İslam İnqilabının dahi rəhbəri və İran İslam Respublikasının banisi İmam Xomeyni ləqəbli Seyid Ruhullah Musəvi 14 xordadda vəfat etdi.

İmam Xomeyni 24 sentyabr 1902-ci ildə İranın Mərkəzi vilayətinin tabeliyində olan Xomeyn rayonunda dünyaya göz açıb.

İmam Xomeyni Ayətullah Brucerdi vəfat etdikdən sonra tağut siyasətlərinə etiraza qalxdı və 15 xordad (4 iyun 1963) qiyamında saxlanıldı və Tehrana nəql olunaraq həbs olundu. O sonra Qum şəhərinə getdi.

Kapitulasyon (amerikalı cinayətkarların İranda toxunulmazlığı) qanunun təsdiqlənməsi məsələsində Qumun Əzəm məscidində önəmli və atəşin çıxışı ilə saxlanıldı Türkiyəyə, sonra isə İraqa sürgün edildi.

İmam Xomeyni (rə) İraqda olduğu illərdə Pəhləvi rejimi ilə mübarizəyə rəhbərlik edirdi və 1978-ci ildə Pəhləvi rejiminin İraqın Bəs rejimi ilə koordinasiya etməsi ilə, İmam Xomeyni İraqı tərk etməyə məcbur oldu. Parisə getməklə imamın mübarizə və inqilabı əsaslı mərhələyə daxil oldu.

İmam Xomeyninin (rə) Parisdə olması və onun sözlərinin qərb medialarında əks etdirilməsi Pəhləvi rejimini zəiflik və təcridə saldı. Onun dəqiq rəhbərliyi ilə İran xalqının İslam İnqilabı şahın və şahlıq ailəsinin İrandan çıxması ilə zirvə nöqtəsinə daha da yaxınlaşdı.

İranın mərhum liderinin 12 bəhmən 1357-də (1 fevral 1979) İrana qayıtması ilə İran xalqı öz övladını qoynuna aldı.

Şahlıq rejiminin ləğv olunması və Pəhləvilərin 57 illik zalımcasına hökumətinin sona çatması ilə İmam Xomeyni xalqın səs çoxluğu ilə İran İslam Respublikasının əsasını qoydu.

1979-cu il 11 fevraldan 1989-cu il 3 iyula qədər Həzrət İmam Xomeyni inqilabın rəhbərliyini öz çiyinlərində daşıyır və inqilab və ölkəni təhlükəli hadisələr, müxtəlif məkrli planlar, İraqın elan olunmamış 8 illik müharibəsi və sanksiyalardan qoruyur və rəhbərlik edirdi.

87 yaşında uzun və ağır bir neçə cərrahiyyə əməliyyatından çıxan İmam həyatının son gecəsində bir neçə köçürmə iynəsi qolunda olduğu halda gecə nafilə namazını qılır və Quran oxuyurdu.

Son saatda ilahi sakitliyi vardı və davamlı şəkildə Allahın təkliyinə və peyğəmbərin peyğəmbərliyi, şəhadəteyni zümzümə edirdi. Belə bir vəziyyətdə onun ruhu ali zirvələrə uçdu.

İmamın vəfat xəbəri yayıldığı zaman sanki böyük zəlzələ baş vermişdi. İran və dünyanın hər bir yerində İmam Xomeyninin adı və müraciəti ilə tanış olanlar hüznə qərq oldular.

O günlərdə insanların idarə olunmaz hisslərini və hadisənin cəhətlərini bəyan və vəsf etmək çətindir.
\sahartv\
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031