ƏHLİ-BEYT ARDINCA GEDƏN HƏQİQİ İRFANA ÇATIR
![]() Bu mühüm məqsədə çatmaq üçün Əhli-beyti və onun məktəbini yaxşıca tanımaq və hər bir şeyin həqiqətini onun məhək daşında yoxlamaq lazımdır. Əldə edilən hər bir məlumat, qarşıya çıxan hər bir göstəriş Əhli-beyt buyuruqları ilə tutuşdurulmalı, bununla uyğun gələnlər həqiqət hesab olunmalıdır. Bu üsuldan istifadə etməklə bəşər tarixi boyu hazırlanmış təkamül proqramlarının nə dərəcədə faydalı olub-olmadığını müəyyən etmək olar. Bu mövzuda nəql olunmuş rəvayətlərdən biri də imam Sadiqin (ə) Əbdullah ibn Cündəbə vəsiyyətidir. Yaxın səhabələrdən olan Əbdullah ibn Cündəb yüksək mənəvi və irfani məqama nail olmuşdu. Bu vəsiyyətdə İmam (ə) doğru yol yolçularını qarşıdakı böyük təhlükələrdən xəbərdar edir. Şükürlər olsun ki, dinlərin ən kamili olan İslamı və İslamın ən kamil olan Əhli-beyt məktəbini seçmişik.http://nur-az.com/ Oxşar xəbərlər
|