Qadın həyat yoldaşında hansı xüsusiyyətləri görmək istəyir?
Mьəllif: admin1
Tarix: 14-06-2020, 22:15
Qadın həyat yoldaşında hansı xüsusiyyətləri görmək istəyir?
Hər bir qadın ailə quran zaman min arzu və min istəklə ər evinə qədəm basar və xoşbəxt olmağı istəyər. Ancaq bəzihallarda məyus olar və həyat yoldaşının, onun arzularında olan ağ atlı şəhzadə olmadığı həqiqətinə çatar.

Bu gün cəmiyyətdə boşanma hallarının artmasının ən mühüm səbəbi – kişilərin ailədə pis əxlaq nümayiş etdirməsidir. Qadınların əksər hissəsi iqtisadi və başqa problemlərə dözməyi bacarırlar. Ancaq ərinin pis rəftarı onun səbir kasasını daşdırar.

İslam dini ailə qurmaq istəyən cavana həmişə iki şeyi tövsiyə edir. Buyurur ki, əgər seçim etdiyin insanın dini və əxlaqı səni qane edirsə, o zaman onunla ailə qur və ya evlən.

Pis əxlaq kəbirə günahlar gətirər, həmçinin bais olar ki, insan Allaha itaət etməmiş olsun. Günah ruzini azaldar, ülfəti, sevgini aradan aparar.

Ona görə də İmam Əli (ə) buyurur: “Özünüzü günahdan uzaq edin, çünki elə bir bəla və elə bir ruzinin az olması yoxdur, məgər günahlara görə”. O ailədə ki, günah çox olar, ailənin ruzisi aradan gedər.

Mömin qadın istəyir ki, həyat yoldaşında bu üç sifət olsun: qeyrət, xoş əxlaq, mehr və sevgi. Bu üç sifət çox möcüzələr etməyə qadirdir.
Qeyrət.

Kişilərin ən üstün sifətlərindən biri – qeyrət hissidir. Qeyrət – ailənin sütunudur, əgər kişidə qeyrət olmazsa, deməli həmin ailənin sütunu yoxdur. İmam Əli (ə) qeyrət nümunəsi idi.

Həzrət (ə) buyurur: “Ey İraq əhli! Eşitmişəm ki, qadınlarınız yol gedən zaman kişilərlə toqquşurlar. Məgər xəcalət çəkmirsiniz? Allah qeyrətsizləri lənətləyər”.

Əlbəttə mömin qadının istədiyi – qeyrətdir, həddini aşan bədbinlik deyildir. Əgər qeyrət etidal həddi aşarsa, o zaman bədbinlik ortaya çıxar ki, bu da qarşı tərəfə çox əziyyət verər.

Xoşəxlaqlı olmaq.

İmam Əli (ə) ailəsinə qarşı da, digər insanlara qarşı da çox xoşəxlaqlı idi və hətta düşmənləri belə, bu həqiqəti etiraf edirdilər. Tərəfdaşlarından biri buyurur: “O, bizlərdən biri kimi aramızda yaşayırdı. Mülayim, çox təvazökar və sadə idi”.

Mehr və məhəbbət.

İmam Əlinin (ə) ailəsində sevgi vardı və ikitərəfli məhəbbət vardı. Həm o, həyat yoldaşını dərk edərdi və həm də həyat yoldaşı onu dərk edərdi.

Həzrət (ə) buyurur: “Allaha and olsun! Heç bir zaman elə bir iş görməmişəm ki, Fatimə (s.ə) qəzəblənsin və onu heç bir işə məcbur etməmişəm. O da məni heç bir zaman qəzəbləndirməyibdir və batini meylimin əksinə olaraq qədəm basmayıbdır”.

Əgər ailədə İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) mübarək ailələrini özümüzə örnək qərar versək, o zaman xoşbəxt olar və həyatdan ləzzət alarıq.

Ailənin xoşbəxt olmasında iki tərəfin də bu üç sifətə malik olması şərtdir. Bundan əlavə, əgər ailə üzvləri təqvaya riayət edərsə, ailədə heç bir zaman pis əxlaq nümayiş etdirməz. Çünki təqva – insanı günahdan saxlayan gücdür.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930