Nimeyi-Şaban əməllərindən: İmam Əlinin (ə) Kumeylə öyrətdiyi “Həzrət Xızr duası”
Mьəllif: admin1
Tarix: 7-03-2023, 10:37
Nimeyi-Şaban əməllərindən: İmam Əlinin (ə) Kumeylə öyrətdiyi “Həzrət Xızr duası”

Şeyx Tusi "Misbahul-mutəhicəd” kitabında Nimeyi-Şəban gecəsinin əməllərini zikr etmişdir.

Nəql edilir ki, Kumeyl ibn Ziyad Nəxəyi Nimeyi-Şəban gecəsində Əmirəl-möminini (ə) səcdə halında bu duanı oxumaqla məşğul olan görmüşdür.

Kumeyl başqa bir yerdə Həzrət Əlidən (ə) nəql edir: "Bəsrə məscidində Mövlamın yanında əyləşmişdim. Həzrətin (ə) bir dəstə tərəfdaşları da orada idilər.

Onlardan biri soruşur: "Allahın bu kəlməsinin mənası nədir? "Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır)”. ("Duxan” 4).

Həzrət (ə) buyurur: "And olsun o Kəsə ki, Əlinin (ə) canı onun əlindədir, bəndələrə nazil olan hər bir yaxşı və pis hadisə Nimeyi-Şəban gecəsindən ilin sonuna qədər bu gecədə bölünər. Elə bir bəndə yoxdur ki, bu gecəni əhya saxlasın, Xızr duasını oxusun və duası qəbul olunmasın”.

Həzrət Əli (ə) məsciddən çıxan zaman mən onun mənzilinə getdim. Həzrət (ə) buyurdu: "Hansı iş üçün gəlmisən?”. Dedim: "Ey Əmirəl-möminin! Xızr duasını öyrənmək üçün gəlmişəm”.

Həzrət (ə) buyurdu: "Ey Kumeyl! Əyləş. Əgər bu duanı əzbərləsən, onu hər cümə gecəsində və ya hər ayda bir dəfə və ya hər ildə bir dəfə və ya bütün ömründə bir dəfə onu oxu. Bəlalardan amanda olarsan və Allahın yardımına və ruzisinə malik olarsan. Allahın bağışlanması heç bir zaman səndən üz döndərməz.

Ey Kumeyl! Səninlə dost olmağımız lazım edir ki, istəyinə cavab verək:

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِیمِ
اَللّهُمَّ اِنّى‏ اَسْئَلُک ‏بِرَحْمَتِک الَّتى‏ وَسِعَتْ کلَّ شَىْ‏ءٍ، وَبِقُوَّتِک الَّتى‏ قَهَرْتَ‏ بِها کلَّشَىْ‏ءٍ، وَخَضَعَ لَها کلُّ شَىْ‏ءٍ، وَذَلَّ لَها کلُّ شَىْ‏ءٍ، وَبِجَبَرُوتِک الَّتى‏ غَلَبْتَ‏ بِها کلَّ شَىْ‏ءٍ، وَبِعِزَّتِک الَّتى‏ لا يقُومُ لَها شَىْ‏ءٌ، وَبِعَظَمَتِک الَّتى‏ مَلَأَتْ کلَ‏ شَىْ‏ءٍ،وَبِسُلْطانِک الَّذى‏ عَلا کلَّشَىْ‏ءٍ، وَبِوَجْهِک الْباقى‏ بَعْدَ فَنآءِ کلِّشَىْ‏ءٍ، وَبِأَسْمائِک الَّتى‏ مَلَأَتْ اَرْکانَ کلِّشَىْ‏ءٍ، وَبِعِلْمِک الَّذى‏ اَحاطَ بِکلِّشَىْ‏ءٍ، وَبِنُورِ وَجْهِک الَّذى‏ اَضآءَ لَهُ کلُّشىْ‏ءٍ، يا نُورُ يا قُدُّوسُ، يا اَوَّلَ الْأَوَّلِينَ، وَيا اخِرَ الْأخِرينَ، اَللّهُمَّ اغْفِرْ لِىَ الذُّنُوبَ الَّتى‏ تَهْتِک الْعِصَمَ، اَللّهُمَّ اغْفِرْ لِىَ‏ الذُّنُوبَ الَّتى‏ تُنْزِلُ النِّقَمَ، اَللّهُمَّ اغْفِرْلِىَ الذُّنُوبَ الَّتى‏ تُغَيرُ النِّعَمَ، اَللّهُمَ‏ اغْفِرْ لىَ الذُّنُوبَ الَّتى‏ تَحْبِسُ الدُّعآءَ،اَللّهُمَّ اغْفِرْ لِىَ الذُّنُوبَ الَّتى‏ تُنْزِلُ‏ الْبَلاءَ،



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930