İmam Rizayla (ə) birbaşa rabitə
Mьəllif: admin1
Tarix: 11-06-2022, 10:21
İmam Rizayla (ə) birbaşa rabitə

Hacı Şeyx Məhəmmədməhdi Tac nəql edir:

Hacı Şeyx Məhəmmədməhdi Tac nəql edir: Danışacağım dastan mərhum Şeyx İbrahim Türk haqqındadır.

Bu əhvalat mərhum Şeyx Məhəmmədtəqi Bafəqi Yəzdinin kitabında da yazılmışdır.

Dastan belədir ki, Şeyx İbrahim Türk adlı bir şəxs İmam Rizanın (ə) ziyarətinə gedir. Bir müddət orada qaldıqdan sonra pulu qurtarır. Ailə-uşaqlarına sovqat almağa pulu olmadığı üçün pis vəziyyətə düşür.

O deyir: Pul qazanmaq məqsədilə şəhərin böyüklərindən birinə mədhiyə yazıb ondan pul almaq istəyirdim. Birdən ürəyimə gəlir ki, İmam Rizanın (ə) hərəmində ola-ola, nə üçün pula xatir digərlərindən nəsə istəyim.

Həmin dəqiqə istiğfar etdim və mədhiyəni İmam Riza (ə) üçün yazdım. Sonra İmamın (ə) hərəminə daxil oldum. Ziyarətdən sonra ərz etdim: Ey İmam Riza (ə) sənin üçün mədhiyə yazmışam və ənam istəyirəm.

Ahəstə yazdığım mədhiyyəni oxudum. Sonra müqəddəs zərihə yaxınlaşıb öpüb hacətimi dilə gətirdim. Bir az gözlədim, amma nəticəsi olmadı. Narahat oldum. Ərz etdim: Ey ağa, bu şeiri səndən başqa hər kimə oxusaydım mütləq ənam verərdi. Lakin sizdən hələ bir xəbər yoxdur.

Narahat halda hərəmdən çölə çıxdım. Hərəmin həyətindən çıxmaq istəyirdim ki, birdən heybətli bir şeyxi gördüm və irəli gəlib mənimlə görüşüb dedi: "İmamın ənamını al və bundan sonra o həzrətlə ədəbsiz danışma.”

Görüşdükdən sonra əlimdə bir zərf gördüm. Amma o adamın heybətindən bir söz deyə bilmədim və keçib getdim. Zərfi açdım, içində 120 min tümən pul vardı. Bu pul bütün xərclərimə bəs edirdi.

Bu hadisədən bir neçə dəqiqə sonra o şeyxi tanımaq üçün hərəmin həyətinə getdim. Mənim o şeyxlə olan söhbətimə şahidlik edən xadimdən soruşdum. Mənimlə söhbət edən şeyx kim idi? Cavab verdi: O, İmam Rizayla (ə) birbaşa əlaqədə olan Hacı Şeyx Həsənəli İsfahanidir.

Tərcümə edən: R. Hüseynov
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031