İmam Baqir (ə) həqiqi ardıcıllarının sifətlərini belə açıqlayıb
![]() Vacib əməllərini yerinə yetirməyən , bəzən də zahirdə günah əhli olan insanların hacı, məşhədi , kərbəlayi yaxud da seyyid adlandırılması çox müşahidə edilib. Bu məsələ o qədər mənfi hal alıb ki , adları bu ünvanlarla hallanan günah işlədən insanların hrəkətləri digər adi insanların dinə qarşı inancını sarsıdıb və onları dindən və Allahdan uzaqlaşdırıb. Bizə gəlib çatan kitablarda həqiqi şiələrin sifətləri barədə kifayət qədər hədislər vardır. Bu hədislər və eləcə də Quran ayələri bizə kimin həqiqi şiə və müsəlman olmasını ortaya qoyur. Günlərin bir günü uzaq bölgədən gələn səhabələrdən biri imama onların məntəqəsində çoxlu şiələrin olduğunu deyir. İmam ona belə cavab verir: “Onların varlısı və imkanlısı kasıb və yoxsuluna can yandırırmı? Onların yaxşılıq edəni pislik edənin xətasına göz yuma bilirmi? Onlar bağışlamağı bacarırlar? Onlar əliaçıqdırlar? Cavab verdi: Xeyr Ağa İmam buyurdu: Sən dediklərin şiə deyillər, şiə mən dediklərimi edənlərdir. İmam şiələrin digər bir xüsusiyyətləri haqda bu hədisi buyurub: “Şiələr yalnız Allahdan qorxanlar, ona itaət edənlərlərdir. Onlar təvazökarlıqları ilə, əmanətdarlıqları, Allaha daima zikr etmələri, namazları, ata-anaya yaxşılıq etmək, yoxsul qonşulara və borclulara baxmaqla tanınırlar.”islaminsesi.org/ Oxşar xəbərlər
|