Niyə İmam Səccada “Zus-Səfinat” ləqəbi verilib?
![]() Səfinat sürtülmə səbəbindən insanın bədənində yaranan döyənək və qabarlara deyilir. Zu isə sahib və malik anlamındadır. Avropalı alim imamın bədənində bu əlamətlərin olmasını gecələri ibadətlə keçirmək və çiynində yoxsullara durmadan ərzaq daşımaqla əlaqələndirib. İmamın ibadəti o qədər çox idi ki ona abidlərin zinəti, çox səcdə edən ləqəbləri verilmişdi. Məhz bu ibadətlər səbəbindən imamın əl, ayaq, alın və bədəninin başqa yerlərində qabarıqlar var idi. İmamın ibadəti o qədər çox olub ki, Etan Kolberq onu islam dünyasının “Bəkkaun” (ibadət zamanı Allah qorxusundan çox ağlayanlar) cərgəsində olduğunu bildirib. İmamın ibadətinin çoxluğu hətta sufiləri belə çaş-baş salmış və buna görə sufilər Zeynul-Abidinin (ə) məhz onların mürşidi olduğunu bildirmişlər. Onlar buna görə imama bioqrafiya yazmışlar. İmam barədə sufilərin bu bioqrafıyası əl-Munifinin Cumhurat əl-Ovliya əsərində gəlmişdir. Oxşar xəbərlər
|
|