Allahın “İstidrac” qanunu İmam Hüseynin (ə) kəlamında
Mьəllif: admin1
Tarix: 26-04-2022, 19:07
Allahın “İstidrac” qanunu İmam Hüseynin (ə) kəlamında

İstidrac lüğətdə hər hansı bir məqsədə, hədəfə və pilləyə tədrici şəkildə çatmağa deyilir. Terminoloji olaraq daha çox Allahın günahkar və naşükür bəndələrini tədrici şəkildə özündən uzaqlaşdırmaq və onları sonda məhvə aparması sünnətidir.

Bu adətən insanlara nemətlərin tədrici şəkildə ard-arda verilməsi ilə başlayır. Bu şəkildə bəndələrin çox ilk nemətlərdə şükür edirdilərsə zaman keçdikcə şükür etməyi tərk edir və hətta verilən nemətlərdən günah yolunda istifadə etməyə başalyır.

Belə ki insan mənəvi baxımdan birdən deyil bir neçə il keçdikdən sonra özünü mənəvi baxımdan məhv olmuş bir insan kimi görür. Hətta bir çoxları bunun necə baş verdiyini hiss etmir və necə din və əhli-beyt düşməni olduğunu anlaya bilmir.

Məsələn Əraf surəsinin 182-ci ayəsində Allahın İstidrac qanunu belə təsvir olunur:

Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)

Allahın bu sünnəti barədə Tuhəful-Uqul əsərində İmam Hüseyndən nəql olunan hədis belədir: "Allahın bəndəsinə etdiyi istidrac budur ki ona ard-arda nemətlər versin və şükr etmək qabiliyyətini ondan alsın.”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930