Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır...
Müəllif: Admin
Tarix: 9-04-2019, 10:13
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır...
Hər bir ailədə yeni körpə dünyaya gələn zaman sevincə və şadlığa səbəb olur. Ancaq Həzrət Peyğəmbərin (s) ailəsində dünyaya gələn bu ikinci körpə sevinclə bir yerdə özü ilə qəm də gətirmişdi. O, Seyyidi-şühəda olan İmam Hüseyndir (ə).

İmam Rza (ə) nəql edir: "O zaman ki, İmam Hüseyn (ə) dünyaya gəlir, Həzrət Peyğəmbər (s) Əsma binti Əmisə buyurur: "Ey Əsma, övladımı mənə gətir!”. İmamı (ə) ağ parçaya büküb, Həzrətin (s) yanına gətirdilər. Həzrət (s) onu aldı və ətəyinə qoydu. Sağ qulağına azan və sol qulağına iqamə oxudu.

Cəbrayil (ə) nazil olub dedi: "Allah Təala sənə salam göndərir və buyurur: "Əlinin (ə) sənə nisbəti Harunun Musaya (ə) nisbəti kimi olduğu üçün, onu Harunun kiçik oğlunun adı ilə adlandır. Sənin dilin ərəb dili olduğu üçün, onu Hüseyn adlandır”. Peyğəmbər (s) onu öpdü və ağladı.

Buyurdu: "Sənin qarşıda böyük müsibətin vardır, Allah onu öldürənə lənət etsin”. Sonra buyurdu: "Ey Əsma! Bu xəbəri Fatiməyə (s.ə) demə”.

Yeddinci gün olan zaman Peyğəmbər (s) gəldi və buyurdu: "Övladımı mənə gətir”.

Körpəni Həzrətin (s) yanına aparan zaman onun üçün ağ və qara olan qoyunu əqiqə qurbanı olaraq kəsdi. Bir budunu doğum mamasına verdi. Başını qırxdılar, saçının ölçüsü qədər gümüş sədəqə etdi və başına xluq çəkdi.

Onu ətəyinə qoyub, buyurdu: "Ey Əba Abdullah! Sənin öldürülməyin mənim üçün nə qədər də ağırdır”.

Sonra çoxlu ağladı. Əsma dedi: "Atam-anam sənə fəda olsun, bu nə xəbərdir ki, birinci gün də buyurdunuz, indi də deyirsiniz? Şadlanmaq yerinə ağlayırsınız?”.

Həzrət (s) buyurdu: "Bu əziz övladım üçün ona görə ağlayıram ki, Bəni-Üməyyədən olan kafir dəstə onu öldürəcəkdir. Allah mənim şəfaətimi onlara çatdırmasın. Onu o insan öldürəcəkdir ki, dinimin pozulmasına səbəb olacaqdır. Böyük Allaha kafir olacaqdır.

Allahım! Sənə bu iki övladın haqqına dua edirəm, o duanı ki, İbrahim (ə) zümrəsinin haqqında etmişdi. Allahım! Sən onları sev və onları sevənləri sev. Lənət et hər kim onları düşmən bilər, elə bir lənət ki, yeri və göyü doldursun””.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, Həzrət İmam Hüseyn (ə) dünyaya gəlir, Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olur və deyir: "Sizin ümmətiniz sizdən sonra Hüseyni (ə) öldürəcəkdir. Onun türbətini sizə göstərimmi?”.

Qanad çalıb bir qədər Kərbəla torpağından gətirdi və onu Peyğəmbərə (s) göstərdi. Sonra buyurdu: "Bu, o türbətdir ki, Hüseyn (ə) onun üzərində öldürüləcəkdir””.

Bəli, bu, elə mövluddur ki, möminləri həm sevindirir və həm də Ağanın çəkdiyi müsibətlərə görə göz yaşı tökməyinə səbəb olur.

Salam olsun sənə, ey Şəhidlər Sərvəri!
Mövludun mübarək, ey Əba Abdullah!


(Deyerler.org)
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031