İmam Baqirin (ə) onu sevənlərə xüsusi tövsiyəsi
Mьəllif: admin1
Tarix: 7-07-2022, 18:42
İmam Baqirin (ə) onu sevənlərə xüsusi tövsiyəsi
Quranla yanaşı Əhli-beytə itaət etmək dinin əsaslarından biridir. Əhlibeytin fəzilətlərini inkar edən münafiq hesab edilirsə, onları sevmək də cənnəti müjdələyən vədlərdən biridir.

Əhli-beyti sevmək Quranda və hədislərdə o qədər tövsiyə edilib ki, bəziləri bunu səhv anlayaraq, vacib əməllər olmadan sırf Əhli-beyt məhəbbətinin qiyamətdə insanı xilas edəcəklərini düşünüblər.

Usulu-Kafi əsərində nəql edilmiş hədisdə İmam Baqir (ə) Xeysəmə adlı səhabəsi vasitəsi ilə ondan uzaqda olan şiələrə xüsusi tövsiyəsi və sifarişini bu şəkildə göndərib.

“Bizim şiələrimizə çatdır ki, Allahın yanında olanlara yalnız əməllə nail olmaq olar. Onlara çatdır ki, qiyamətdə ən çox həsrət çəkən insan ədalət etməyi tövsiyə edib, öz işlərində isə onun əksinə əməl edən adamdır”

Ümumiyyətlə imamlardan və peyğəmbərin özündən şiələrə edilən xüsusi tövsiyələr müxtəlif hədislərdə yer almışdır.

Burada Məhəmməd peyğəmbərin (s) həqiqi şiələr haqda İmam Əliyə (ə) buyurduğu və Biharul-Ənvar əsərində gələn kəlamı daha çox diqqət çəkir.

“Ey Əli Sənin şiələrin həm aşkarda həm də gizlində Allahdan qorxanlardır. Ey Əli sənin şiələrin mənəvi dərəcələr məsələsində bir-birini qabağlayanlardır.

Onlar Allahla mülaqat edəndə (görüşəndə) onların hesab-kitabı qalmaz. Ey Əli sənin şiələrinin əməlləri hər cümə mənə göstərilir. Sən onların saleh əməlləri ilə sevin! Pis əməllərinə görə isə onlar üçün istiğfar et!”



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031