Atasına kömək etməkdən imtina edən varlı cavana Peyğəmbərin (s) cəzası
Mьəllif: admin1
Tarix: 7-07-2021, 09:31
Atasına kömək etməkdən imtina edən varlı cavana Peyğəmbərin (s) cəzası
Əmirəl-möminin (ə) nəql edir: "Bir gün bir qoca kişi oğlu ilə bir yerdə Peyğəmbərin (s) xidmətinə gəlirlər.

Qoca kişi ağlayaraq deyir ki, "Mən oğlumu min əzab və əziyyətlə böyütmüşəm. Öz mal və sərvətimdən ona yardım etmişəm ki, müstəqil olsun.

Ancaq bu gün ki, mən zəif və gücsüzəm və bütün malımı əldən vermişəm, o, mənə yardım etməyi əsirgəyir. Hətta bir tikə çörək belə vermir”.

Həzrət (s) üzünü onun oğluna tutub buyurur: "Sənin bununla bağlı nə cavabın vardır?”. Deyir: "Ya Rəsulallah! Mənim ailəmin xərclərindən artıq heç nəyim yoxdur”.

Həzrət (ə) atasına buyurur: "İndi sən nə deyirsən?”.

Qoca deyir: "Onun bir neçə buğda, arpa, kişmiş anbarı vardır. Dirhəm və dinarla dolu kisələri vardır”.

Həzrət (s) oğluna buyurur: "Cavabın vardır?”. Deyir: "O, səhv edir, mənim heç bir şeyim yoxdur”.

Həzrət (s) onun oğluna xitab edərək buyurur: "İlahi əzabdan qorx və sənin üçün bu qədər zəhmət çəkən atana yaxşılıq və ehsan et”.

Oğlu deyir: "Mənim heç nəyim yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: "Bu ay ona beytul-maldan yardım edəcəyəm. Ancaq gələn aydan gərək atana yardım edəsən”.

Səhabələrindən birinə əmr edir ki, yüz dirhəm gətirsin və qocaya versin. Ayın sonunda həmin qoca oğlu ilə bir yerdə iki dəfə Peyğəmbərin (s) yanına gəldilər.

Qoca şikayət etdi ki, oğlu ona heç bir şey vermir. Oğlu da deyir ki, mənim heç bir şeyim yoxdur.

Həzrət (s) onun oğluna işarə edərək buyurur: "Sənin çoxlu sərvətin vardır. Ancaq atana olan bu rəftarına görə elə bu gündən yoxsulsan”.

Oğlu Peyğəmbərin (s) yanından ayrılandan sonra görür ki, anbarlarında olan bütün malları xarab olubdur və topladığı qızıl və gümüş isə daşa çevilibdir. O qədər yoxsul olur ki, hətta bir tikə çörəyə möhtac olur.

Həzrət Peyğəmbər (s) valideyn haqqını verməklə bağlı buyurmuşdur: "Ehtiyatlı olun, ata və ananızı narahat və qəzəbli etməyin.

Razı olmayın ki, onlar ehtiyaclı və möhtac olsunlar. Əks halda bilin ki, dünya əzabından başqa, Qiyamət günü ağrılı İlahi əzaba düçar olarsınız”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031