İmam Musa Kazimin (ə) şəhadətindən öncə etdiyi vəsiyyəti
Mьəllif: admin1
Tarix: 27-02-2022, 10:29
İmam Musa Kazimin (ə) şəhadətindən öncə etdiyi vəsiyyəti
İmam Musa Kazim (ə) hicri qəməri tarixi ilə rəcəb ayının 25-i zalım Abbasi hakimiyyətinin muzdurları tərəfindən zəhərləndirilərək, şəhid edilib.

İmam Musa-Kazim (ə) hicrətin 128-ci ilində Məkkə və Mədinə arasında yerləşən əl-Əbva bölgəsində dünyaya gəlib. İmam həyatı boyu çox məşəqqətlər çəkib və Abbasi xəlifələri tərəfindən ciddi təhdid hesab edilərək uzun illər zindan həyatı yaşayıb.

İmam Musa Kazim (ə) bütün bu məşəqqətlərə baxmayaraq, səbirli olduğundan ona “Kazim”, yəni qəzəbini boğan və cilovlayan ləqəbi verilib.

İmam Musa Kazim zəhərləndikdən sonra bir müddət ölüm yatağına düşür. O yanına gələn əshabına lazımi tövsiyələri və vəsiyyətləri edirdi.

İmamın vəsiyyəti tam şəkildə Bəharul-Ənvar kitabında yer alıbdır. İmam ölüm ayağında olarkən oğlu Əli ibni Musa ər-Rizaya (ə) etdiyi ən son tövsiyəsində namazdan danışır.

Vəsailuş-şiə əsərində gələn hədisdə İmam Rza buyurur: "Atam ölüm ayağında olanda bunu mənə dedi: Ey oğlum namazı yüngül tutanlar (ona səhlənkarlıqla yanaşanlar) bizim şəfaətimizə nail olmayacaqlar."

Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031