Allah rəhm edənlərə rəhm edər
Mьəllif: admin1
Tarix: 27-07-2020, 18:27
Allah rəhm edənlərə rəhm edər

Allah Təala Quran ayələrində özünü Bağışlayan və Mehriban sifətləri ilə tanıtmışdır. Eyni zamanda Allah buyurur ki, bir-birinizə rəhm edin ki, Mən də sizə rəhm edim.

Özümüzü Allahın bəndəsi bilək. Allahın başqa bəndələrinə qarşı özümüzü məsuliyyətli bilək və onlarla insafla rəftar edək. Belə olan halda Allah bizlərə rəhm edər.

Bu, hər bir insanın vəzifəsidir. Ancaq o kəslər ki, cəmiyyətdə ad qazanıblar və sərvətə sahibdirlər, onlar gərək hamıdan daha çox bu vəzifəyə diqqət göstərsinlər.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, yumşaq xasiyyətə malik olar və insanlarla xoş rəftar edər, hər bir istədiyi hədəfi əldə edə bilər”.

Əmirəl-möminin (ə) buyurur: “Təqvalıların və dindarların əlamətləri vardır ki, onunla tanınarlar. Bu sifətlərdən biri ürək yandırmaq, zəiflərin və çarəsizlərin qəmini yeməkdir”.

Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, o kəslər ki, Allahın məxluqları və bəndələri ilə mehriban olmaz, insanların dadına çatmaz – Allah Təala onların ibadət və əməllərini qəbul etməz və mələklərə əmr edər ki, əməllərini özlərinə geri qaytarsınlar.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, müsəlmana rəhm etməz, Allah da ona rəhm etməz”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allah bəndələri arasında rəhm edənlərə rəhm edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah öz bəndələrinə və məxluqlarına qarşı Şəfiq və Mehribandır. O kəsin ki, ürəyi onlar üçün yanar, Allahın diqqətinə səbəb olar və onu sevər”.

Hədislərin birində oxuyuruq: “O kəsə ki, Allah bəndələri ilə mülayim və xoş rəftar olmaq verilər, hər iki aləmin xeyiri, səadət və xoşbəxtliyi ona əta olunar.

O kəs ki, bu gözəl xasiyyətdən və bəyənilən sifətdən məhrum olar, hər iki aləmin xeyir və xoşbəxtliyindən nəsibsiz və bəhrəsiz olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930