Möminlərin baharı hesab edilən zaman
Müəllif: Admin
Tarix: 7-04-2021, 21:27
Möminlərin baharı hesab edilən zaman
Əksəriyyət möminlər üçün bahar hesab edilən zamandan qafildirlər. Çünki əksəriyyət bahar dedikdə yaz fəslini başa düşür.

Mömünlərin baharı sırf onlara məxsusdur. Bu zamanın ibadətinin şirinliyi və ləzzəti çoxları üçün əlçatmazdır.

Əlçatmazdır ona görə ki, insanlar günah əhlidirlər. Belə olan halda onlar bahar ibadətinin şirinliyini və həlavətini də dada bilmirlər.

Hədislərə görə möminlərin baharı oyaq qalaraq ibadətlərin yerinə yetirildiyi gecələrdir.

Hədislərin birində Məhəmməd peyğəmbərdən (s) gəlibdir ki, Allahın dostlarının və övliyaların baharı gecə oyaq qalıb ibadətlə məşğul olmaq zamanıdır. Bu zaman həmçinin xoşbəxtlərin bağına aparan yoldur.

Qurərul-Hikəm əsərində İmam Əlidən (ə) belə hədis var:

“Gecə (ibadəti üçün) oyaq qalmaq, müştaqların (Allahla ünsiyyət axtaranların) gülüstanıdır”

O həzrət daha bir hədisdə buyurub:

“Ən üstün ibadət, pak olan Allahı zikr və yad etmək üçün gecə oyaq qalmaqdır.”

Oxşar xəbərlər
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930