İmam Əlinin əlçatmaz fəzilətini göstərən “Təyr” hədisi nədən bəhs edir?
![]() Bu hədisi peyğəmbərin səhabələri Ənəs ibni Malik, Abdullah ibni Abbas, Əbu-Səid əl-Xudri, Səfinət Xadimun-Nəbi, Səd ibni Əbi-Vəqqas, Əmr ibni As, Abut-Tufeyl Amir bin Vasilə, Yəla bin Mərra və sair nəql ediblər. Hədisin mətni belədir: “Peyğəmbərə bir pişmiş toyuq gətirdilər. Peyğəmbər bunu görüb əllərini səmaya qaldırıb dedi: İlahi ən sevdiyin məxluqunu mənə göndər ki bu toyuqdan mənimlə yesin. Bu zaman Əli (Allah ondan razı olsun) daxil oldu. Peyğəmbər dedi: ilahi onunla dost olanlarla dost ol.....” Bu hədis müxtəlif mətnlərlə azacıq fərqlərlə bu məzmunda gəlibdir. Bu hədisi əhli-sünnə alimlərindən Hakim Nişaburi Müstədrək əsərində, Tirmizi əs-Sunən əsərində, Təbərani əl-Əusət əsərində, İbni Couzi əl-İləl əsərində, Xətib Bağdadi öz tarixində, Əbu-Yəla əl-Xəlili əl-İrşad əsərində, İbni Əsakir Tarix Mədinət Diməşq əsərində və sair öz kitablarında yazıblar.İslaminSesi\ Oxşar xəbərlər
|