Sübh namazından sonra yatmağın məkruh olma səbəbi
Müəllif: Admin
Tarix: 27-07-2019, 19:10
Sübh namazından sonra yatmağın məkruh olma səbəbi
Bəzi hədislərdə dan yeri sökəndə və sübh namazından sonra yatmağın məkruh olduğu gəlibdir. Bu nə ilə bağlıdır?

Hədislərin birində qeyd edilir ki, yer insanların əməllərinə görə bir neçə halda nalə çəkər. Buyurulur ki o hallardan biri də yerin dan yeri sökəndə insanların yatdığı zaman nalə çəkib ağlamasıdır.

Elə sübh namazından sonra yatmağın məkruh olması da bununla bağlıdır.

Biharul-Ənvar kitabında İmam Baqirdən (ə) nəql edilən hədisdə sübh çağı behiştin saatlarından və zamanlarından biri kimi qələmə verilib. Məhz buna görə bu zamanda yatmaq məkruh əməl kimi qiymətləndirilir.

Hədis belədir:

“İmam sənə fəda olum! Camaat deyir ki sübh namazından sonra yatmaq məkruhdur, çünki ruzi bu vaxtı bölünür. İmam buyurdu: Ruzilər müəyyənləşib və bölünüb. Fəcrlə (sübh namazı ilə) günəşin çıxdığı an arasında Allahın bir fəzli və lütfi vardır. (bu lütfdən bəhrələnmək üçün belə vaxta yatmaq məkruhdur)”.

Digər bir hədisə görə, bu zamanla bağlı (Dan yeri sökənlə günəşin çıxışı arasındakı zaman) İmam Baqirlə xristian yepiskopu arasında bir münazirə baş verir. İmam Baqir bu zamanla bağlı buyurur:

“O zaman cənnətin zamanlarından biridir. O saatda xəstələr huşa gəlir, bədən ağrıları sakitləşir, gecə yatmayan şəxslər bu saatda yatır və Allah bu saatı axirətçilər və ona rəğbət edənlər üçün bir vasitə, onu inkar edənlər üçünsə bir sübut qərar veribdir”.



İslaminSesi\
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30