Böyük müctehid Mirzə Cavad Təbrizinin “qara dəsmalı” barəsində vəsiyyəti nə idi?
![]() Böyük alim öz vəsiyyətnaməsində yazmışdı ki, hər zaman yanında olan və Əhli-beytin (ə) əza məclislərində göz yaşlarını sildiyi qara rəngli dəsmalı o dünyadan köçdükdən sonra onunla birlikdə dəfn edilsin. Ayətullah Təbrizi məhərrəm ayı kimi əza günlərində və cümə axşamları öz evində Əhli-Beyt üçün mərasim hazırlayardı. O hər zaman bildirirdi ki, xanım Fatimeyi Zəhranın başına gətirilmiş müsibətlər üçün hər nə qədər göz yaşı axıtsaq azdır. Alim dünyadan köçdükdən sonra onun vəsiyyətini oxuyan ailəsi alimin qara rəngli dəsmallarını hər nə qədər axtarıbsa da tapa bilməyib. Sonda onun özü üçün hazırladığı kəfənini götürəndə dəsmalların hər iksinin kəfənin içində olduğunu görüblər. Məlum olub ki, alim son dəfə xəstəxanaya müalicə üçün yola düşəndə qarşıda onu məbudu ilə görüşün gözlədiyini anlayaraq dəsmalları kəfəninin içinə qoyaraq evdən çıxıb. Qeyd edək ki, alimin Əhli-Beyt üçün axıtdığı göz yaşlarını sildiyi dəsmallardan biri dəfn olunarkən onun sağ əlinin içinə, digəri isə sinəsinin üzərinə qoyulub. Oxşar xəbərlər
|
|