Qəbir əzabını ağırlaşdıran və yüngülləşdirən amillər
Mьəllif: admin1
Tarix: 7-04-2021, 21:39
Qəbir əzabını ağırlaşdıran və yüngülləşdirən amillər

Bir müsəlmanın Allaha olan ümidi və qorxusu eyni səviyyədə olmalıdır. Belə ki, əgər qorxusu çox olarsa, İlahi rəhmətdən məyus və ümidsiz olar.

Başqa bir tərəfdən isə əgər ümidi çox olarsa, yaxşı işlər görməyə stimulu qalmaz, çünki çox rahat olar.

Ona görə də bu cür insan hər bir günaha düçar olar və Allahın lütf və kərəmindən dəm vurar.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, hər an Ona söykənərdiniz. Az bir əməl yerinə yetirməzdiniz. Əgər Allahın qəzəbinin ölçüsünü bilsəydiniz, güman edərdiniz ki, bir daha nicat tapa bilməyəcəksiniz”.

İmam Sadiq (ə) buyurur: “Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki nuru olmasın. Qorxu nuru və ümid nuru. Əgər birini o birisi ilə müqayisə edərsən, çox olmamalıdır”.

Yəni hər biri eyni ölçüdə olmalıdır. Ona görə də həqiqi mömin həm aqibəti üçün qorxmalı və həm də ümidini əldən verməməlidir.

İnsan həyatında çox sayda hadisələri keçib, çox sayda hadisələrlə qarşıda rastlaşacaqdır. İnsan ölən zaman bu aləmdən o biri aləmə gedər. Axirət aləminn ilk pilləsi - bərzəxdir.

Bərzəx aləmində də onu gözləyən ilk hadisə - qəbir əzabıdır. Qəbir əzabı insandan asılı olaraq, müxtəlif olur. Bəzi insanların qəbir əzabı yoxdur.

O kəslər ki, qəbir əzabı görürlər onun da dərəcələri fərqlidir. Yəni zəif və şiddətli olur. İnsanın əməlindən asıldır.

İnsana qəbir əzabı verə biləcək əməllər:

1. Pis əxlaq.

2. Söz gəzdirmək.

3. Nəcasətin paklığına riayət etməmək.

4. Məzluma yardım etməmək.

5. İlahi neməti zay etmək.

Bəni-İsrayil alimlərindən biri dünyasını dəyişir və qəbir əzabı görür. Çünki o, namazını bir dəfə bilərəkdən dəstəmazsız qılmışdır. Məzlumun yanından keçib gedərək ona yardım etməmişdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Mömin üçün qəbir əzabı Allah tərəfindən olan nemətlərin məhv edilməsinə görə kəffarədir”.

Qəbir əzabını azalda bilən əməllər:

1)Gecə namazını və rükunu kamil şəkildə yerinə yetirmək. İmam Rza (ə) buyurur: “O kəs ki, gecə namazı qılır, Vətr namazının qunutunda 70 dəfə istiğfar edir, ona qəbir əzabından pənah verilər”.

İmam Baqir (ə) buyurur: “Hər kim namazının rükusunu kamil yerinə yetirərsə, qəbir dəhşəti ona çatmaz”.

2) Sədəqə vermək.

3) Vəhşət namazı qılmaq. Bu namaz bir çox ölüləri qəbir əzabından qurtarar.

4) Həccə getmək. Hər kim dörd dəfə həccə gedərsə, qəbir əzabı onun üstündən götürülər.

5) Quranın bəzi surələrini oxumaq. İmam Əli (ə) buyurur: “Hər kəs hər cümə günü “Nisa” surəsini oxuyarsa, qəbir əzabından amanda olar”.

“Zuxruf”, “Yasin”, “Təkasur” surələri də belə surələrdəndir.

6) İnsan cümə günü ölərsə.

7) Meyiti dəfn edən zaman onun kəfəninə iki dənə yaş çubuq qoymaq.

8) Qəbirin üzərinə su tökmək.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031