İmam-cümə “Həmd” surəsinin təfsirindən danışdı (Foto)
Müəllif: admin1
Tarix: 25-03-2016, 16:16
İmam-cümə “Həmd” surəsinin təfsirindən danışdı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ə salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.

İmam-cümə birinci xütbəsində,“Həmd” surəsinin təfsirindən danışdı.

Məlumdur ki, Qurani Kərimin digər surə və ayələrinin geniş mənası olduğu kimi, bu surənin də çox geniş mənası vardır.

Buna görə də biz vaxtın azlığını nəzərə alaraq yalnız 1-ci ayəni (Bismilləhir-Rahmənir-Rahim) təfsir etməyə çalışacağıq.

Diqqət etməliyik ki, vaxtın azlığını nəzərə alsaq, bu ayənin tam mənasını təfsir etmək mümkün də deyil, və bu haqda nə qədər söz danışsaq azdır.-deyə imam-cümə buyurdu.

İmam cümə əlavə etdi, bir neçə xüsusiyyətə görə bu surə Quranın digər surələrindən fəzilət və üstünlüyü ilə fərqlənir:

1. Ahəng və məzmun cəhətdən.

2.“Həmd” surəsi Quranın əsasıdır.

3.“Həmd” surəsi Peyğəmbərin (s) ən böyük iftixarlarından.

4.Bu surəni oxumağa çox təkid olunub.

İmam-cümə Hacı Rasim Məmmədov ikinci xütbəsində, Peyğəmbər (s)-in merac hədisindən yola çıxaraq, Allah təalanın öz bəndələrindən razılığ əlamətindən danışdı.

Allah təala buyrur ki, mən öz razı olduğum bəndələrə üç xüsusiyyət bəxş edərəm:

1. Ona öz zikrmi əta edərəm, daim onun yadında olaram.

2. Ona aqilanə şükür nəsib edərəm, bütün hallarında eyni səviyyədə mənə şükür edər.

3. Ona öz məhəbbətimi əta edərəm, mənim məhəbbətim onun vicudunda olan bütün məhəbbətlərdən üstün olar.

İnsanlar bilsin ki, mənim sevdiyim bəndədə bu üç xüsusiyyət olar.


İmam-cümə “Həmd” surəsinin təfsirindən danışdı (Foto)
İmam-cümə “Həmd” surəsinin təfsirindən danışdı (Foto)
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930