“Gündüzlər gecə olardı” adlı şəbih tamaşası səhnələşdirildi (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Əhli-Beyt (ə) cəmiyyətinin və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb” Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Marneuli şəhəri Mədəniyyət evində İmamlar anası Həzrəti Fatimə (s.ə)-nın şəhadəti münasibəti ilə “Gündüzlər gecə olardı” adlı şəbih tamaşası səhnələşdirildi.
Aparıcı Elçin Daşdanzadə müsəlmanları salamlayıb və Həzrəti Fatimənin (s.ə) şəhadəti münasibəti ilə təsliyyət verib və çıxışı mübarək Qurani-kərimdən bir neçə ayə oxumaq üçün Rza Cəfəriyə verdi. Quran tilavətindən sonra Elçin Daşdanzadə “Müntəzir” teatr truppasının və Əhli-Beyt (ə) məddahları Ceyhun Müəzzin,Orxan Muhəmmədinin iştirakı və “Müntəzir” teatr truppasının səhnələşdirdiyi şəbihdə Xanım Fatimənin (s.ə) Peyğəmbər (s)-ın vəfatından sonra çəkdiyi iztirablar dilə gətirilərək şəhadət canlandırmaq üçün məclisi onlara təhvil verdi. Məclis Rza Cəfərinin oxuduğu fərəc duası və ehsan sufrəsi ilə sona yetdi. Oxşar xəbərlər
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||