Tiflisdə Vəhdət Konfransı
![]() Paytaxt Tiflisdə Həzrəti Peyğəmbərimiz Muhəmməd (s.ə.a.s) və İmam Cəfər Sadiq (ə)-ın mübarək təvəllüdləri münasibəti ilə möhtəşəm Vəhdət Konfransı keçirildi. Konfransda Vəliyyi-Fəqih AyətUllah Seyyid Əli Xameneinin Qafqazdakı nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Nejad, İİR səfirliyinin Mədəniyyət ateşesi Kiyan, TC səfirliyinin nümayəndəsi Ərdəm, gürcü müsəlmanlarının liderlərindən Kamal hoca, Gürcüstan Bapdist-Yevangelist Kilsəsinin Baş Yepiskopu Malxaz Sonğulaşivili, QMİ-nin Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev, İmam Əli məscidinin axundu Hacı Hacı Hacıyev çıxış etdilər. Çıxış edənlər Rəsuli-Əkrəmin (s) şəxsiyyətindən və müsəlman qardaşlığından danışdılar, vəhdətin önəmini vurğuladılar. Konfransda İslami Vəhdətin əyani təcəllisi olaraq şiə və sünni olmaq üzrə, bölgələrdən gəlmiş ruhanilər, dindarlar və ictimai-siyasi şəxslər iştirak edib. Oxşar xəbərlər
|
|