İmam-cümə Hacı Rasim Məmmədov hədid surəsinin 4-cü ayəsinin təfsirindən danışdı (Foto)
Mьəllif: admin1
Tarix: 19-02-2016, 17:28
İmam-cümə Hacı Rasim Məmmədov hədid surəsinin 4-cü ayəsinin təfsirindən danışdı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söyləyib.

Birinci xütbəsində özünü və camaatı ilahi təqvaya riaət etməyə dəvət edən İmam-cümə hədid sürəsinin 4-cü ayəsinin təfsirini möminlərə çatdıraraq buyurdu:

Həqiqətən bu ayə həm insana şücaət və şəhamət bəxş edir ki, insan tək və arxasız deyil, digər tərəfdəndə Mütəal Allah hər yerdə hazir və nazir olması insanı məsuliyyətli olmaq hissini gücləndirir.

Həmçinin bu ayə insanın tərbiyəsində, təqvalı pak olmasında çox böyük rol oynayır. Buna görədə təfsir alimləri bu ayənidə “Came” ayələrindən olduğunu qeyd edirlər.


Böyük islam Peyğəmbəri (s) buyurur: İnsanın imanının ən uca məqamı budur ki, Allahın həmişə onunla olduğuna inansın.

İmam-cümə Hacı Rasim Məmmədov ikinci xütbəsində İmam Rza (ə)-dan ağıllı insanların 10-dənə xüsusiyyətlərini saydi.

İmam Rza (ə) buyurur: hər kəsdə bu on xüsusiyyət və on xasiyyət olmasa onun ağlı kamil olmaz. Onların bəzilərini siz oxucuların xidmətinə çatdırırıq.

Başqalarının gördüyü yaxşı və xeyir əməllərə çox dəyər versin, özünün isə gördüyü xeyir işləri gözündə çox böyük tutmasın.

Yoxsul insanlar ona tərəf gəlib ondan kömək istəyəndə, bu işdən narahat olmasın.

Ömrünün sonuna kimi elm öyrənməkdən yorulmasın.

Adsız və sadə yaşamaqı adlı və şan-şöhrətli yaşamaqdan daha üstün tutsun, yəni sadə yaşam tərzi seçsin və.s...


İmam-cümə Hacı Rasim Məmmədov hədid surəsinin 4-cü ayəsinin təfsirindən danışdı (Foto)İmam-cümə Hacı Rasim Məmmədov hədid surəsinin 4-cü ayəsinin təfsirindən danışdı (Foto)İmam-cümə Hacı Rasim Məmmədov hədid surəsinin 4-cü ayəsinin təfsirindən danışdı (Foto)
İmam-cümə Hacı Rasim Məmmədov hədid surəsinin 4-cü ayəsinin təfsirindən danışdı (Foto)
İmam-cümə Hacı Rasim Məmmədov hədid surəsinin 4-cü ayəsinin təfsirindən danışdı (Foto)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930