Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Müəllif: Admin
Tarix: 9-04-2014, 18:37
Bölmə: Gürcüstan
Gürcüstanda Qədir-Xum bayramı (Foto)

Bismillahir-rahmənir-rahim!

23 oktyabr 2013 tarixində Marneuli Mədəniyyət Evində Əhli-Beyt Cəmiyyəti tərəfindən Qədir-Xum münasibətiylə bayram tədbiri keçirilib. Tədbir Fuad İsayevin oxuduğu Quran tilavəti ilə başlanıb. Sonra söz alimlərə verilib. İmam Əli (ə) məscidinin axundu Hacı Hacı Hacıyev Qədir-Xumun mahiyyəti haqda çıxış edib. QMİ-nin Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev İmam Əli (ə)-nın fəzilətlərindən danışıb.

İmam Rza (ə) mədrəsəsinin müdürü Hacı Əziz Nəbiyev İmam Əli (ə)-ın Qurandakı yerindən bəhs edib. “Əhli-Beyt” jurnalının redaktor müavini Elçin Daşdanzadə İslam vəhdətindən və müsəlman qardaşlığından söz edib. “Zeynəb” Qadınlar Cəmiyyətinin heyət üzvü Esmira Nəsibova müsəlmanları bu böyük bayram münasibətilə təbrik edib və qadınlar cəmiyyətinin fəaliyyətlərindən danışıb. Daha sonra “Zeynəb” Qadinlar Cəmiyyətinin keçirdiyi qadınlararası "Xanım Zəhra (ə.s)-nı tanıyaq" adlı kitab yarışmasının qaliblərinə qiymətli hədiyyələr təqdim olunub. Tədbirdə həmçinin bir neçə gün öncə Əhli-Beyt Cəmiyyəti tərəfindən düzənlənmiş möhtəşəm Quran hifzi müsabiqəsinin nəticələri açıqlanıb və qalibləri mükafatlandırılıb. Qaliblər Əhli-Beyt Cəmiyyəti tərəfindən “Fəxri Fərman”la təltif olunublar və müxtəlif hədiyyələrə layiq görülüblər. Ceyhun Müəzzin və həmkarları İmam Əli (ə)-ın şəninə həsr olunmuş şeirlər və ilahilər səsləndiriblər. Tədbir Fərəc duasının oxunması ilə başa çatıb. Bayram tədbirində Tiflisdən, Bolnisidən və Marneulidən gəlmiş yüzlərlə müsəlman iştirak edib.

Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Gürcüstanda Qədir-Xum bayramı (Foto)
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031