İmam Cümə, Hacı Əziz Nəbiyevin İmamlığı ilə Cümə namazı qılındı (Video)
Mьəllif: admin1
Tarix: 10-01-2016, 19:57
İmam Cümə, Hacı Əziz Nəbiyevin İmamlığı ilə Cümə namazı qılındı (Video)
Marneuli Şəhərinin İmam Əli (ə) Məscidində ənənəvi olaraq Cümə namazları qılınır.

Ahlibeyt.ge xəbər verir ki, ötən gündə İmam Rza (ə) Mədrəsəsinin rəhbəri və İmam Cümə, Hacı Əziz Nəbiyevin İmamlığı ilə Cümə namazı qılındı.

Hacı Əziz öz Cümə xütbəsinin birinci hissəsində, Məadın mənası haqqında danışıb və Allahın bütün dinlərdə bu üç əqidə əsasında yaşamağı əmr etdiyini buyrub. İnsan bu üç əsasla yaşasa ömürünü mənalı başa vurmuş olar. Hər kəs Allaha, sonra məada (ölümdən sonrakı həyata) iman gətirsə və əməli saleh işlər görsə onun üçün qorxu, qəm-qüssə yoxdur deyə vuruğladı.

İmam cümə Hacı Əziz xütbənin ikinci hissəsində isə Səud tərəfindən Şeyx Nəmrin haqsızlıqla qətlə yetirilməsini pisləyərək insan haqlarının bu cinayət qarşısında susmasından danışdı. Bu kimi cinayətlər təkfirçi təfəkkürün nəticəsidir deyə İmam cümə vuruğladı.

İmam cümə Hacı Əziz Nəbiyevin xütbəsinin video varyantını sizlərə təqdim edirik: (İslammedia tv)


Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031