Gürcüstanda "İslam ümmətinin vəhdəti" adlı beynəlxalq konfrans keçirildi (Foto)
Müəllif: Admin
Tarix: 27-12-2015, 20:32
Gürcüstanda "İslam ümmətinin vəhdəti" adlı beynəlxalq konfrans keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Aləmlərə rəhmət Peyğəmbəri Muhəmməd Mustafa (s) və imamət ulduzunun altıncı nuru İmam Sadiqin (ə) mübarək mövludları münasibəti ilə “İslam ümmətinin vəhdəti” beynəlxalq konfrans keçirildi.

Beynəlxalq konfransı Gürcüstan “Əhli-Beyt (ə) Dini, Mədəni və Maarif Cəmiyyəti”, Türkiyə “Əhli-Beyt (ə) Alimlər Dərnəyi” və “ DEVAMM” Azərbaycan “Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçdi.
Konfrans Kərbəlayi Rzanın Quran tilavəti ilə açıq elan olundu. Sonra Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin sədri Hacı Rasim Məmmədov gələn qonaqları salamladıqdan sonra konfransda əməyi keçən hər kəsə o cümlədən Gürcüstan Müsəlmanları idarəsinin Şərqi Gürcüstan müftisi və əməkdaşlarına

Qafqaz Ruhani İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisinə, İran İslam Respublikasının səfirliyinin mədəniyyət attaşesinə, Əl-Mustafa Beynəlxalq Universitetinin nümayəndəsinə
Dünya Müsəlman Gürcüləri Birliyinin rəhbərliyinə, Marneuli imam Əli (ə) məscidinin heyyətinə, Alul-Beyt müəssisəsinə xüsusən, bu gözəl məclisin təşkilatçıları olan Türkiyə Əhli-Beyt (ə) Alimləri Dərnəyinə, DEVAMM (Azərbaycan) Təşkilatına və Gürcüstan “Əhli-Beyt (ə)” cəmiyyətinin əməkdaşlarına öz təşəkkürünü bildirdi Söhbətinin davamında ilahiyyatçı bəşəriyyətin elmi-mənəvi tərəqqisini və bütövlükdə insanlığın qurtuluşunu təmin edən amil yalnız vəhdətdir deyə bildirdi və bu cür məclislərdə heç kəsin sünnünü şiə etmək və yaxud da şiəni sünnü etmək kimi bir dərdi yoxdur və olmamalıdır, bu məclisləri təşkil etməkdə məqsəd ümmət arasında vəhdəti təşkil etmək olduğu üçün hamının etiqad və sevgi bəslədiyi ümumi dəyərləri xatırlatmaq olduğunu vurğuladı.

Konfransın davamında Şərqi Gürcüstan müftisi hacı Yasin bu cür konfransların əhəmiyyət və zərurətindən danışdı və müsəlmanları “Səqəleyn” hədisinə əsasən Peyğəmbərin iki dəyərli əmanətindən Quran və Əhli-Beytdən (ə) ayrı düşməməyə çağırdı.

Konfransda iştirak edən Türkiyə Alimlər Dərnəyinin baş katibi Kadir Akaras islam dininin siyasi və etiqadi ixtilafdan başqa digər ixtilafları qəbul etdiyini və müsəlmanların ittifaq nöqtələrinin ixtilaf nöqtələrindən çox olduğunu qeyd etdi.

Qafqaz ruhani idarəsinin müftisi Hacı Eyvaz Mərdanov Gürcüstan müsəlmanlarının bir-biri ilə xoş münasibətdə olduğunu və Əhli-Beyt (ə) sevgisinin müsəlmanları daha sıx bir birinə bağladığını vurğuladı. Eyni zamanda mufti İmam Sadiqin (ə) İslamın inkişafındakı rolundan danışdı.

DEVAMM-ın sədri hacı İlqar İbrahimoğlu Peyğəmbərin gəlişi ilə Ərəbistanda və dünyada mədəniyyətin, elmin, əqlə baxışın, qız uşaqları və ailəyə münasibətin tamamən müsbətyönlü dəyişikliyindən danışdı. Alim eyni zamanda hər kəsi həqiqi İslamın tanıması və tanıtdırılmasına dəvət etdi.

Sonra Dünya Müsəlman Gürcüləri Birliyinin sədri Kamal Çiçxladze Qurani Kərim müsəlmanları öz aralarında olan ixtilafları həll edin tapşırığını vurğuladı və söhbətinin sonunda müsəlman ümmətinin vəhdəti üçün dua etdi.

Konfransın aparıcısı Elçin Daşdanzadə tolerantlığına və yaradılan şəraitə görə Gürcüstan dövlətinə təşəkkür bildirdi.

Konfrans Marneuli İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyevin çıxışı ilə davam etdi. Axund Peyğəmbər (s) və İmam Sadiqin (ə) üstünlüyündən danışdı.
Daha sonra Əl-Mustafa Beynəlxalq Unversitetinin Gürcüstan nümayəndəsi hacı Davud Gəşəmi vəhdətin bir mədəniyyət və inkişaf olduğunu vurğuladı və bu hədəfə yetişməyin yollarından danışdı.
Konfrans dua və ziyafət süfrəsi ilə tamamlandı.

Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31