Marneuli İmam Əli (ə) məscidində Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Mьəllif: admin1
Tarix: 11-12-2015, 17:56
Marneuli İmam Əli (ə) məscidində Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılınıb.
Cümə namazından öncə möhtərəm imam-cümə mənəvi və ictimai-siyasi olmaq üzrə iki xütbə söyləyib.
Birinci xütbəsində özünü və camaatı ilahi təqvaya riaət etməyə çağırdıqdan sonra ilahiyyatçı "Zəlzələ" surəsinin təfsirindən danışıb.
Əvvəlcə surənin tam mətnini cümə əhlinin diqqətinə çatdıran Hacı Rasim, geniş şəkildə surənin təfsirindən danışmışdır.
Bildirmişdir ki, bu surənin son iki ayəsi "came" (tam əhatəli və yetərli) ayələri adlanır. Çünki, Abdullah ibn Məsuddan nəql olunmuşdur ki, bu iki ayə Quranın ən möhkəm ayələri hesab edilir. Ona görə bunlara "came" deyilib ki, bunların həqiqətinə dərindən iman gətirmək insanın Haqq Yolunda qalıb bütün fəsad və günahlardan çəkindirməyə kifayətdir.
İkinci xütbəsində də özünü və camaatı ilahi təqvaya riaət etməyə dəvət edən imam-cümə möminlərə ehtiram və Zühurdan öncə baş verən işğallar haqqında və onun Qərbi Asiyada müşahidə olunmasından danışıb.
İkinci xütbəsinin sonunda qonşu ölkədə cərəyan edən İslamofobiya və Əhli-Beyt (ə) məktəbinə qarşı yönəlmiş diskirminasiyaya toxunan imam-cümə günahsız insanların həbs olunmasına öz etirazını bildirib və Az.R dövlətini bu cür nəhs əməllərə son qoymağa çağırıb.
Marneuli İmam Əli (ə) məscidində Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Marneuli İmam Əli (ə) məscidində Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)Marneuli İmam Əli (ə) məscidində Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031