"Kərbəlada Gözəllik və Əzəmət" adlı beynəlxalq konfrans keçirildi (Foto-Video)
Mьəllif: admin1
Tarix: 25-11-2015, 11:14
"Kərbəlada Gözəllik və Əzəmət" adlı beynəlxalq konfrans keçirildi (Foto-Video)
İslamazeri.az xəbər verir ki, 23 noyabr tarixində BMM-da "Milli Mənəvi Dəyərlər" İB "Nərgiz" Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə "Kərbəlada gözəllik və əzəmət" adlı beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransda İran, Türkiyə, Gürcüstan və Livandan gələn nümayəndə heyəti iştirak edib. Konfransda Qurani-Kərimdən ayələr oxunduqdan sonra ilk olaraq Azərbaycan republikasının dövlət himni səsləndirilib. Ardından konfransda dünyanın müxtəlif ölkələrində keçirilən Aşura mərasimlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilib. Daha sonra isə konfrans öz işinə xarici ölkələrdən gələn nümayəndələrin çıxışı ilə davam edib. Çıxışlar zamanı Xanım Zeynəb (s.ə)-nın Kərbəlada gözəllik fəlsəfəsindən söhbət açılıb, Kərbəla şəhidlərini tərənnüm edən şeirlər səslənib.

http://islamazeri.az/kerbelada-gozellik-ve-ezemet-adli-beynelxalq-konfrans-kecirildi-foto-video--28488.html
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30